Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Instagram da yeni funksiya

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

Rokki hakimlərin işinə necə müdaxilə edib?

Rokki hakimlərin işinə necə müdaxilə edib?

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya futbolunda yeni böyük qalmaqalla bağlı həyəcan yaşanır. Son günlər yerli mənbələrin yaydığı xəbərlərin fonunda belə düşünmək mümkündü.

İddiaya əsasən, Milli Hakimlər Komitəsi (MHK) ötən mövsüm belə desək, “İnter”ə sərf edən hakimləri bu komandanın oyunlarına təyin edib və bir sıra matçlarda VAR-ın qərarına müdaxilə edib.
Nə baş verib?
Fakt budu ki, İtaliya çempionatının A və B seriyasının oyunlarına hakimləri təyin edən MHK-nın rəhbəri Canluka Rokki haqqında cinayət işi açılıb. Milan Şəhər Prokurorluğu onu VAR sisteminin işinə müdaxilə etməkdə və bununla da oyunların nəticələrinə təsir göstərməkdə şübhəli bilir. Cinayət işinin açılması heç də təsadüfi deyil. Belə ki, 2025-ci ildə sabiq hakim olan Rokkinin köməkçisi Domeniko Rokka tərəfindən onun barəsində İtaliya Hakimlər Assosiasiyasına (İHA) şikayət verilib. Lakin məsələ nəticəsiz qalıb: şikayət məktubu İtaliya Futbol Federasiyasına göndərilib, ancaq federasiyanın prokurorluğu şikayəti əsassız sayıb.
Hazırda isə iş cinayət xarakteri alıb və Milan prokurorluğu tərəfindən araşdırılır. Əvvəlcə A və B seriyalarında keçirilən 4 oyunla bağlı şübhəli məqamların hüquq-mühafizə orqanının diqqətini cəlb etdiyi açıqlanmışdı. Sonra belə oyunların sayının artdığı haqda məlumatlar yayılıb.
Şübhəli məqamların olduğu oyunlar
Şübhəli məqamların olduğu deyilən bəzi oyunlarda yaşananlara qısaca nəzər salaq.
6 yanvar 2024-cü il: İnter - Verona 2:1. AGI agentliyinin iddiasına inanasaq, bu oyunda VAR hakimlərindən biri fırıldaqçılığa əl atıb: o, Mikael Fabbrini bilərəkdən meydanın kənarındakı monitora baxmağa dəvət etməyib. Əks halda referi “İnter”in qolunu ləğv edə bilərdi. Çünki milanlıların 90+3-cü dəqiqədə vurduğu qələbə qolundan əvvəl müdafiəçi Alessandro Bastoni rəqib oyunçunun sifətinə dirsəyi ilə zərbə endirmişdi. Fabbri bu epizodu görmədiyi üçün qolu hesaba almışdı. VAR otağında olan hakimin adı çəkilmir, amma onun Rokkinin qərarı ilə hərəkət etdiyi ilə bağlı iddia var.
20 aprel 2025-ci il: Bolonya - İnter 1:0. Bolonyadakı oyundan bir neçə gün əvvəl Rokkinin İtaliya kubokunun yarımfinalına təsadüf edən Milan derbisini izlədiyi stadiondaca Andrea Kolombonu “İnter”in Bolonyada keçiriləcək növbəti matçına təyin etdiyi iddia olunur. Prokurorluğun hesabatında bu hakimin çempionluq uğrunda mübarizə aparan “İnter” üçün sərfəli olduğu qeyd edilir. Amma Kolombonun milanlılara faydası olmayıb. Ona görə ki, “İnter” son saniyələrdə buraxdığı qolla uduzub.
23 aprel 2025-ci il: Milan - İnter 3:0. İddiaya əsasən, Rokki İtaliya kubokunun ilk yarımfinal matçı (1:1) zamanı cavab oyununa Daniele Doverini təyin edib. Amma bu məntiqin qəribə olduğunu vurğulamalıyıq. Ona görə ki, bu hakim “İnter” üçün heç də sevimli şəxs sayılmır. O, çox güman ki, bu mövsüm “qara-göylər”in qalan oyunlarına təyinat almayacaq. Səbəb isə ciddidi: Doverinin idarə etdiyi son oyunda “İnter” əzəli rəqibinə 0:3 hesabıyla uduzaraq kubokda mübarizəni dayandırıb.
27 aprel 2025-ci il: İnter - Roma 0:1. Mikael Fabbrinin idarə etdiyi oyun milanlıların ciddi narazılığına səbəb olub. Qonaqların müdafiəçisi Evan Ndika ilə ev sahiblərinin oyunçusu Yan Bissek arasındakı mübarizədə sonuncu ciddi zədə alaraq meydanı tərk edib. Lakin hakim VAR otağından göstəriş almadığı üçün epizoda təkrar baxmayıb.
Diqqəti cəlb edən digər fakt isə hakimlər arasındakı danışıqların videoyazısının ictimaiyyətə çatdırılmaması idi. Deyilənə görə, buna məhz Rokki şərait yaradıb. Amma o, məhz “İnter”ə sərf edən qərarlar çıxarmaqda ittiham olunur...
1 mart 2025-ci il: Udineze - Parma 1:0. Bu oyun “İnter”lə bağlı deyil. İttiham aktında deyilir ki, Rokki matç zamanı VAR otağındakı Daniele Paternaya referi Fabio Mareskanı monitora çağırmaq göstərişini verib. Hakim əvvəlcə “Parma”nın cərimə meydançasında qayda pozuntusu aşkar etməyib və videoassistentlər də onunla eyni fikirdə olublar. Lakin Rokkinin müdaxiləsindən sonra Mareska videotəkrara baxaraq fikrini dəyişib. 38-ci dəqiqədə Florian Toven penalti ilə “Udineze”yə qələbə gətirən qolu vurub. Hərçənd A seriyasının ortababının hakimlərdən belə dəstək almasının səbəbi məlum deyil: “Udineze” həmin mövsümü 12-ci yerdə başa vurub.
İki zəruri istefa
Artıq Rokki vəzifəsindən müvəqqəti ayrılmaq qərarını verib. Bu addımı prokurorluğun təhqiqata başlamasından sonra atıb. Rokkinin fəaliyyəti dələduzluq və hakim təyinatlarında mümkün manipulyasiya şübhələri ilə araşdırılır. Funksioner dərhal qüvvəyə minən qərarla özünü vəzifədən uzaqlaşdırdığını açıqlayıb. Özünün dediyinə görə, bu addım İHA ilə razılaşdırılıb və istintaq dövründə hakimlər korpusunun normal fəaliyyətini təmin etmək məqsədi daşıyır. İlk dəfə aprelin 30-da sorğu-suala çəkilən Rokki qərarını belə şərh edib:

“Başverənləri və hakimlər korpusunun maraqlarını nəzərə alaraq, dərhal qüvvəyə minən şəkildə özümü vəzifədən uzaqlaşdırmaq qərarını verdim. Bu, çətin addımdı, amma məhkəmə prosesinin sakit keçməsinə imkan verəcək. Nəticədə günahsız olduğumu sübut edəcəyimə inanıram”.


İtaliya futbolunda hakimlərin işinə cavabdeh olan Andrea Qervazoni də istefa verib. O da idman fırıldaqçılığında ittiham olunur. İHA-da bilavasitə VAR bölməsinin fəaliyyəti ilə məşğul olan funksioner B seriyasında 2025-ci il martın 8-də keçirilən “Salernitana” – “Modena” oyununda (1:0) hakim Antonio Cuanı təyin etdiyi penalti qərarını dəyişməyə məcbur edib.
Dələduzluq faktı təsdiqini taparsa, bir sıra klublar da sanksiyalarla üzləşə bilər. Yerli mənbələrin ilkin iddiaları sırasında diqqəti daha çox cəlb edənlər “İnter”lə bağlıdı. Milan klubu 2024-cü ildə qazandığı iki tutuldan - A seriyasında və İtaliya Superkubokundakı uğurlardan məhrum oluna və hətta ən pis halda aşağı liqaya - B seriyasına göndərilə bilər. Amma bu da var ki, son xəbərlərdə Rokkinin və başçılıq etdiyi qurumun fəaliyyətinin “İnter”lə bağlılığının olmadığı, Milan klubu və onun heç bir rəhbərinin istintaqa cəlb olunmadığı vurğulanır. Necə deyərlər, olduqca qarışıq məsələdi...
Reaksiyalar
Andrea Abodi, İtaliyanın idman naziri:

“Bütün idman sistemini qorumağın, azarkeşlərə və futboldan başlayaraq idmanı həqiqətən sevən hər kəsə hörmət etməyin yalnız bir yolu var: idman qaydalarının pozulması ilə bağlı hər hansı bir iddianı araşdırarkən şəffaflığı, operativliyi və bərabər münasibəti təmin etmək. Və bu, həmişə hər kəs üçün belə olmalıdı! Məhkəmə orqanlarına işini yerinə yetirmək imkanı yaratmaq üçün vəzifəsini tərk edən MHK-nın rəhbəri Rokkinin fəaliyyətinin təfərrüatını araşdırmaq istəməsəm də, bu məsələdə məlum şikayətin futbol sistemində necə dəyərləndirildiyinin ən ciddi aspekt olduğunu hesab edirəm. Hələlik buna heç bir ictimai reaksiya verilməyib: şikayətin dəqiq kim tərəfindən alındığını və ya onun etibarlılığını yoxlamaq üçün rəsmi şəkildə hansı orqanın təyin olunduğunu belə bilmirik. Sizin kimi mən də İtaliya Hakimlər Assosiasiyasının sabiq üzvünün şikayəti əsasında iddiası ilə Milan prokurorluğunun apardığı istintaqda ortaya çıxan detalları oxuyuram. Ümid edirəm ki, bu məsələ ilə bağlı Milli Olimpiya Komitəsindən qısa zamanda rəsmi məlumat alacağam. Qanunsuz hərəkətlər aşkar edilərsə, nəticələr qaçılmazdı”.


Antonio D’Avirro, Canluka Rokkinin vəkili:

“Bu mübahisələri başa düşmək mümkün deyil. Çünki onlar bir neçə nəfər arasında gizli sövdələşmə olduğunu iddia edirlər, lakin həmin şəxslərin adları çəkilmir. İdman fırıldaqçılığı ilə bağlı iddia edilən razılaşmanın digər tərəflərinin qeyd olunmadığını heç vaxt görməmişəm. Sözləşmədən danışılır, ancaq digər şəxslərin kim olduqlarını bilmirik. Bu dəqiqləşdirilməyib, ona görə də biz məlum iddianı rədd edirik. “San Siro”da Doverinin “İnter”in oyununu idarə etməməsi üçün razılaşma? Rokki bütün stadionlara baş çəkib və prokuror istənilən halda həmin digər şəxsləri müəyyən etməlidi. Mən idman fırıldaqçılığı ilə bağlı digər məhkəmələrdə dəfələrlə iştirak etmişəm və ittiham aktında digər təqsirləndirilən adamların adlarının çəkilmədiyini heç vaxt görməmişəm”.


Cüzeppe Marotta, “İnter”in prezidenti:

“Biz hər şeyi mətbuatdan öyrənirik. Bu ifadələr bizi təəccübləndirir: bəyəndiyimiz və ya bəyənmədiyimiz hakimlərimiz yoxdu. Bilirik ki, bütün fəaliyyətimizdə son dərəcə dürüst davranmışıq və bu, hər kəsi sakitləşdirməli olan ən vacib faktdı. Bunu şikayət etmək üçün demirəm: ötən mövsüm hakimlər əleyhimizə bir neçə yanlış qərarlar verib. Bu baxımdan “İnter” - “Roma” matçında verilməyən penaltimizi xatırlamaya bilmirəm (2025-ci il aprelin 27-də keçirilən oyun qonaq komandanın minimalhesablı qələbəsi ilə nəticələnib – red.). Prokurorluq İtaliya kubokunun “Milan”la ilk oyununda baş verən vəziyyətə istinad edir. Bu ittiham məni təəccübləndirir, çünki heç bir əlaqə tapa bilmirəm. Bu mövzuda başqa heç nə demək istəmirəm”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 May 2026 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see609

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see429

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see312

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see299

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see272

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see246

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see227

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see217

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see215

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see205

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see196

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see196

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see196

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see194

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see187

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see182

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see176

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see166

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see166

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri