Icma.az
close
up
RU
Roma Papası yay iqamətgahına köçüb

Roma Papası yay iqamətgahına köçüb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vatikan, 6 iyul, AZƏRTAC

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo papaların yayda istirahət etdiyi iqamətgaha köçüb.

AZƏRTAC xəbər verir ki, Roma Papası yay tətilini İtaliyanın paytaxtından təxminən 25 kilometr məsafədə yerləşən Kastel Qandolfo qəsəbəsindəki iqamətgahda keçirəcək. Papa Leo iyulun 6-dan 20-dək Albano vulkanik gölünün sahilində yerləşən bu yay iqamətgahında qalacaq, burada messalar keçirəcək. Bu müddət ərzində Vatikanda bütün görüşlər və qəbullar dayandırılacaq, iyulun 30-dan isə yenidən bərpa olunacaq. Papa Leo avqustun 15-dən 17-dək də Kastel Qandolfoda qalacaq.

Qeyd edək ki, yay iqamətgahı 12 il sonra XIV Leo tərəfindən istifadə olunacaq. Mərhum Papa Fransisk yayda Vatikanda qalmağı seçərək iqamətgahdan istifadədən imtina etmiş, 2016-cı ildən buranın turistlər üçün açıq muzey kimi istifadə olunması göstərişini vermişdi. Bununla da, Roma papalarının ənənəsi pozulmuşdu. İqamətgahda yaşayan sonuncu Papa XVI Benedikt olub.

Burada İsveçrə qvardiyasına məxsus geyimlər, papanı yürüşlərdə daşımaq üçün istifadə olunan portativ taxt və digər əşyalar yerləşən sərgi otaqları var. Həmçinin bütün papaların portretləri nümayiş olunan qalereya, qonaqların qəbul edildiyi gözləmə otaqları yerləşir. Malikanədə papanın ofisləri, kreslosu, iş masaları, kitab rəfləri, yataq otağı, qurbangah və kiçik kilsə var.

Kastel Qandolfo XIII əsrdə Müqəddəs Taxt-Tacın mülkü elan edilib, lakin XVII əsrə kimi burada bina tikilməyib. Papaların istirahət etdiyi Kastel Qandolfo sarayı isə 1624-cü ildə Karlo Maderno tərəfindən Papa VIII Urban üçün inşa olunub. 1929-cu ildə Papa XI Piy tərəfindən burada bərpa işləri aparılıb və o vaxtdan papaların yay iqamətgahı kimi istifadə edilib. Roma papaları ənənəvi olaraq qışı Vatikanda, yayı isə Kastel Qandolfoda keçiriblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri