Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Avropanı silkələyən etiraz dalğası sosial çevrəni aşıb

Avropanı silkələyən etiraz dalğası sosial çevrəni aşıb

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransada kütləvi etirazlar, Almaniyada iqtisadi tənəzzül fonunda siyasi radikallığın güclənməsi, İtaliya və Niderlandda seçki nəticələrinin hakimiyyət münasibətlərini yenidən formalaşdırması, Şərqi Avropada kənd təsərrüfatı istehsalçılarının blokadaları, Balkanlarda və Baltikyanı ölkələrdə milli- mühafizəkar ritorikanın genişlənməsi ilk baxışda bir-birindən fərqli, lokal və konkret problemlərdən qaynaqlanan hadisələr təsiri bağışlaya bilər. Lakin onların coğrafi miqyası, təkrarlanan xüsusiyyətləri və siyasi ritorikası nəzərə alındıqda, Avropanın daha dərin struktur böhranla üzləşdiyi aydın görünür.

Yaşayış xərclərinin artması, əməkhaqqı və pensiya islahatları, mənzil qiymətləri, enerji tarifləri, işsizlik və sosial təminat məsələləri etirazların obyektiv əsaslarını təşkil edir. Lakin bu yanaşmanın mühüm məhdudiyyəti var.

Müasir Avropa etirazlarının diqqətçəkən xüsusiyyətlərindən biri sosial-iqtisadi narazılığın getdikcə kimlik, din, irq və miqrasiya məsələləri ilə əlaqələndirilməsidir. Etiraz dalğasının arxasında bir-biri ilə əlaqəli, lakin fərqli məzmun daşıyan bir neçə böhran dayanır. İlk növbədə, iqtisadi artımın zəifləməsi, orta təbəqənin sosial-iqtisadi imkanlarının daralması, gənclər arasında gələcəyə inamın azalması və dövlətin sosial funksiyalarının uzun illər ərzində məhdudlaşdırılması ciddi narazılıq yaradır. Digər mühüm amil ictimai tanınma və siyasi təmsilçilik problemidir. Müasir etirazçı həm də hörmət, siyasi qərarların qəbulunda səsinin eşidilməsi imkanını tələb edir.

Bununla yanaşı, Avropa daxilində qərarvermə səlahiyyətlərinin bölüşdürülməsi ilə bağlı narazılıq da güclənir. Milli hökumətlərin bir sıra qərarların qəbulunda səlahiyyətlərinin müəyyən hissəsini Avropa İttifaqı institutları, beynəlxalq təşkilatlar və qlobal iqtisadi strukturlarla bölüşməsi seçicilərdə siyasi təmsilçiliklə bağlı suallar yaradır. Onlarda belə bir qənaət formalaşır ki, səs verdiyi siyasi qüvvə hakimiyyətə gəlsə də, mühüm qərarların qəbulunda müstəqil hərəkət imkanlarına malik deyil. İqtisadi tələblərlə başlayan narazılıq müəyyən mərhələdə milli kimlik, dini mənsubiyyət və miqrasiya məsələləri ilə birləşir. Xüsusilə sağ populist və milli-mühafizəkar siyasi qüvvələr bu narazılıqdan istifadə edərək sosial problemlərin səbəblərini miqrasiya, mədəni fərqlilik və milli identiklik müstəvisində təqdim edirlər.

Avropada islamofobiyanın həm institusional, həm də gündəlik münasibətlər səviyyəsində təzahür etməsi, müsəlman icmalarına qarşı inteqrasiya tələbləri adı altında ayrı-seçkilik hallarının artması, eyni zamanda, antisemitizmin yenidən güclənməsi də ciddi narahatlıq doğurur. Dini mənsubiyyət siyasi mübarizədə səfərbərlik vasitəsi kimi istifadə olunur. Seçki kampaniyalarında "xristian Avropa" ritorikasına müraciət edilməsi, dini simvolların qanunvericilik müstəvisində müzakirəyə çıxarılması bu prosesin ayrı-ayrı təzahürləridir. İrq və etnik mənsubiyyət məsələləri də Avropadakı ictimai-siyasi gərginliyin mühüm istiqamətlərindən biridir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, etnik ayrı-seçkilik çox vaxt təhlükəsizlik, ictimai asayiş və inteqrasiya məsələləri çərçivəsində təqdim edilir. Nəticədə, sosial və hüquqi bərabərlik prinsipləri ilə dövlətlərin təhlükəsizlik siyasəti arasında ciddi ziddiyyətlər yaranır. Avropa daxilində miqrant və qaçqın qruplarına münasibətdə müşahidə olunan fərqlər də ayrıca təhlil tələb edir.

***

Etiraz dalğasının yalnız sosial xarakter daşımadığını göstərən əsas amilərdən biri də miqrasiya və sığınacaq siyasətidir. Son illər Avropa ölkələrinin xarici sərhədlərində tətbiq olunan bir sıra tədbirlər beynəlxalq hüququn fundamental prinsipləri ilə ciddi gərginlik yaradır. Dəniz və quru sərhədlərində insanların geri qaytarılması, sığınacaq müraciəti imkanlarının faktiki məhdudlaşdırılması beynəlxalq hüququn geri qaytarmama prinsipinin tətbiqi ilə bağlı suallar doğurur. 1951-ci il Qaçqınların Statusu haqqında Konvensiya və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyası bu sahədə mühüm hüquqi təminatlar müəyyən edir. Miqrasiya nəzarətinin üçüncü ölkələrə həvalə edilməsi, sığınacaq prosedurlarının Avropa ərazisindən kənarda həyata keçirilməsi və təhlükəsiz üçüncü ölkə anlayışının geniş tətbiqi də hüquqi mübahisələrin əsas istiqamətlərindəndir.

Bununla belə, Avropadakı etirazların hamısını radikalizm və ya populizmlə əlaqələndirmək də düzgün olmazdı. Bir sıra etirazlar tamamilə əsaslı sosial və iqtisadi tələblərdən qaynaqlanır. Kənd təsərrüfatı istehsalçılarının artan xərclər qarşısında rəqabət qabiliyyətini itirməsi, tibb işçilərinin ağır iş yükü, gənclərin mənzil əldə etmək imkanlarının məhdudlaşması və əməkhaqqının yaşayış xərclərinə uyğun gəlməməsi real problemlərdir.

Lakin diqqətçəkən dəyişiklik ondan ibarətdir ki, əvvəllər siyasi sistemin kənarında olan bəzi mövqelər artıq mərkəz-sağ partiyaların proqramlarında özünə yer tapır. Miqrasiyanın əsas siyasi problemlərdən biri kimi təqdim edilməsi, sərhəd nəzarətinin gücləndirilməsi, miqrasiya siyasətinə cavabdeh qurumların səlahiyyətlərinin artırılması və "sıfır miqrasiya" kimi sərt ritorikanın geniş yayılması Avropa siyasətində sağa doğru dəyişikliklərin göstəricilərindəndir. Bu prosesdə siyasi ritorikanın da xüsusi rolu var. Müasir Avropa diskursunda miqrant və qaçqınların getdikcə "axın", "dalğa", "basqın" və "təzyiq" kimi ifadələrlə təqdim edilməsi insanların fərdi talelərini və hüquqi statusunu arxa plana keçirir. İnsanların kütləvi və qeyri-müəyyən kateqoriyalar şəklində təsviri onlara münasibətdə sərt tədbirlərin ictimaiyyətə əsaslandırılmasını asanlaşdırır. Avropanın qarşısında duran əsas məsələ etirazların qarşısını inzibati və təhlükəsizlik tədbirləri ilə almaq deyil, onların meydana çıxmasına səbəb olan struktur problemlərini aradan qaldırmaqdır. Əgər hökumətlər sosial-iqtisadi bərabərsizlik, siyasi təmsilçilik və ictimai tanınma problemlərinə adekvat cavab verməsələr, narazılığın radikal siyasi qüvvələr tərəfindən öz maraqları naminə istifadə edilməsi ehtimalı artacaq.

Birinci istiqamət miqrasiya və sərhəd təhlükəsizliyinin siyasi gündəmin əsas məsələsinə çevrildiyi və hüquqi təminatların təhlükəsizlik prioritetləri ilə daha çox məhdudlaşdırıldığı Avropa modelidir. Bu yanaşma qısamüddətli perspektivdə siyasi hakimiyyətlərə müəyyən dəstək qazandıra bilər. Lakin uzunmüddətli perspektivdə cəmiyyətdə ayrı-seçkiliyin dərinləşməsi, sosial qruplar arasında məsafənin artması və hüquqi dövlət prinsiplərinin zəifləməsi riskini daşıyır. İkinci istiqamət sosial kompromis modelidir. Əməkhaqqı, mənzil təminatı, sosial müdafiə, regional inkişaf və məşğulluq məsələlərində real nəticələrin əldə edilməsi radikal siyasi qüvvələrin sosial narazılıq üzərində təsir imkanlarını məhdudlaşdıra bilər. Lakin bu model ciddi maliyyə resursları, institusional islahatlar və siyasi iradə tələb edir.

Üçüncü istiqamət isə Avropa daxilində siyasi və hüquqi parçalanmanın dərinləşməsidir. Vahid miqrasiya və sığınacaq siyasəti ətrafında razılığın əldə olunmaması, milli hökumətlərin fərqli yanaşmaları və hüquqi standartların ölkələr üzrə dəyişməsi ümumi Avropa siyasətinin effektivliyini zəiflədə bilər. Sosial-iqtisadi problemlər narazılığın ilkin zəminini yaradır, lakin onun siyasi istiqamətini ictimai tanınma, təmsilçilik və kimlik məsələləri müəyyənləşdirir. Burada iki mühüm məqamı fərqləndirmək lazımdır. Etirazları yalnız iqtisadi çərçivədə təhlil etmək kimlik və təmsilçilik amillərini arxa plana keçirir, ayrı-seçkilik hallarının isə sosial narazılığın təbii nəticəsi kimi təqdim olunmasına şərait yaradır. Digər tərəfdən, bütün etirazları kimlik siyasəti ilə əlaqələndirmək də real sosial-iqtisadi problemlərin əhəmiyyətini azaldır və haqlı tələblərin radikal siyasi qüvvələrin təsir dairəsinə keçməsi riskini artırır. Deməli, Avropa hökumətlərinin qarşısında duran əsas vəzifə sosial ədalət tələbləri ilə kimlik siyasətinin yaratdığı qarşıdurmanı bir-birindən fərqləndirmək və hər iki problemin həlli üçün adekvat siyasi mexanizmlər formalaşdırmaqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri