Icma.az
close
up
RU
Roma Papasından daha artıq katolik olmaq cəhdi: Bu, sülhə zərbədir

Roma Papasından daha artıq katolik olmaq cəhdi: Bu, sülhə zərbədir

Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Deputat: “Bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xələl gətirən haldır”

Fransanın Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq cəhdləri davam etməkdədir. Belə ki, ötən həftə Fransa Milli Assambleyası tərəfindən rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağıran bir qətnamə yayıb. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir.

Qətnamədə qeyd olunub ki, Fransa Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi “regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi və siyasi dəstək verməlidir”. Bu kontekstdə, demokratiya, insan haqları, təhlükəsizlik və inkişaf prinsiplərinə əsaslanan Fransa-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanmasının vacibliyi vurğulanıb.

Qətnamədə Azərbaycan tərəfindən saxlanılan erməni hərbi əsirlərin və digər şəxslərin, əslində isə separatçı-terrorçuların “dərhal azad olunması” tələbi irəli sürülür. Həmçinin Azərbaycanda bu şəxslər üzərində keçirilən məhkəmə proseslərinin “qondarma” olduğu iddia edilir.

Sənəddə Azərbaycan dövləti ilə bağlı bu mənada əsassız iftira da irəli sürülüb.

Fransa Parlamentində təqdim olunan qətnamədə Fransa hökuməti və Avropa İttifaqını Ermənistana dəstək məqsədilə Azərbaycan üzərinə təzyiqi artırılması çağırışı yer alıb.

Ekspertlər bildirirlər ki, Fransa Parlamentinin bu addımı Bakı-İrəvan sülh danışıqları prosesinə zərbə vurmaq cəhdlərindən başqa bir şey deyil.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu barədə AYNA.AZ-a müsahibəsində xatırladıb ki, bir müddət əvvəl Azərbaycan və Ermənistan liderrlərinin Əbu-Dabidə görüşü keçirilib və sülh müzakirələri aparılıb:

- Azərbaycan rəsmilərinin açıqladığı kimi, bu gün Azərbaycan Ermənistanla sülhə doğru addımlar atır. Sülh sazişi də demək olar ki, hazırdır, bəzi məsələlər var ki, onların üzərində də intensiv iş aparılır. Bütün bunların fonunda Fransada belə bir qətnamənin gündəmə gəlməsi anlaşılan deyil. Fransa sanki Roma Papasından daha çox katolik olmağa çalışır. Sanki həmin qətnamə müəlliflərinin Bakı-İrəvan danışıqlarından, sülh prosesinin irəliləməsindən xəbərləri yoxdur. Təbii ki, xəbərləri var, hər şeyi də yaxşı bilirlər. Görünür ki, onlar bölgədə sülhün yaranmasını istəmirlər. Əks halda, belə addımlar atmamalıdırlar.

Qətnamə müəllifləri bununla Ermənistana dəstək verdiklərini düşünürlərsə, yanılırlar. Əksinə, bu, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına xələl gətirən haldır.

- Eyni zamanda, Qarabağdakı keçmiş separatçı rejimlə bağlı, Xankəndidən könüllü gedən ermənilərlə bağlı iradlar səsləndirilir. Guya könüllü köçən ermənilərə qarşı Azərbaycan tərəfindən “zorakılıq” edilib. Təxminən iki ildən sonra bu məsələni gündəmə gətirməyin mənası nədir?

- Bu, sülh prosesinə zərbədən başqa bir şey deyil. Çünki səsləndirilən ittihamlar absurddur. Bu gün separatçıların Bakıda məhkəmə prosesləri açıq keçirilir. Demək olar ki, separatçı-terrorçuların məhkəmələri mükəmməl şəkildə aparılır. Şahidlərin iştirakı ilə, əlimizdə olan sənədlər, faktlar əsasında, beynəlxalx hüquqa uyğun şəlikdə məhkəmə prosesi davam etməkdədir. Məhkəməsi keçirilən separatçı ünsürlərin də törətdiyi cinayətlər tam təsbit olunub, sübutlar var. Onların özləri də məhkəmə proseslərində cinayətlərini etiraf edirlər. Ona görə də, cinayətkar ünsürlərə qarşı zor tətbiqindən danışmaq, bu istiqamətdə Azərbaycanı ittiham etmək absurddur. Eyni zamanda, bütün dünya gördü ki, Azərbaycan Qarabağda yaşamış insanlara inteqrasiya təklifi etdi, amma onlar bundan imtina etdilər. Onların törədilən cinayətlərdə birbaşa və ya dolayısı ilə iştirakları olduğu üçün birgəyaşayışa necə deyərlər, bəlkə də üzləri gəlmədi. Onların Xankəndini könüllü şəkildə tərk etmələri bütün dünyanın gözü qarşısında oldu, ortada videomateriallar var. Kimsə zorla Qarabağdan çıxarılmadı. Belə olan halda, Azərbaycanı Qarabağdan erməniləri qovmaqda ittiham etmək gülüncdür.

Hesab edirəm ki, bütün bu faktlar qarşısında Fransa Parlamentində qətnamə gündəmə gətirilməsi növbəti dəfə ikili standartlarla yanaşmanın təzahürüdür.

- Azərbaycana qarşı təzyiq çağırışlarının nəticəsi olacaqmı?

- Bu vasitələrlə Azərbaycanın mövqeyinə təsir göstərməyə çalışırlar. Düşünürlər ki, bu cür addımlarla Azərbaycanın tutduğu qətiyyətli yola təzyiq göstərə biləcəklər. Amma beynəlxalq hüquq bizim tərəfimizdədir. Qarabağ Azərbaycan ərazisidir və burada hansısa zorakılıqdan söhbət gedə bilməz. Fransa bu qədər insanpərvərdirsə, niyə separatçıların məhkəmə proseslərində şahidlərin dediklərinə diqqət yetirmir, cinayətkarların törətdikləri cinayətlərlə bağlı qətnamələr qəbul etmirlər? Demək ki, qərəz siyasəti davam edir.

Bir müddət idi ki, sakitçilik idi, qərəzli yanaşmalar nisbətən səngimişdi. Amma yenidən bu cür addımlar atmaqla sülh prosesinə zərbə vurmaq istəyirlər.

Hesab edirəm ki, Fransanın bu addımları da əvvəlkilər kimi iflasa uğrayacaq. Fransaın edə biləcəyi bu cür sərsəm qətnamələrdir, əsassız ittihamlardır. Bunlar isə mənasız cəhdlərdir. Azərbaycan qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək. Azərbaycanın mövqeyi sülh və sabitliyin bərqərar olması, bölgənin inkişaf etməsi, çiçəklənməsidir. Bu istiqamətdə də siyasət davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://ayna.az
archiveBu xəbər 31 İyul 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri