Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Roma Papasından artıq katolik...

Roma Papasından artıq katolik...

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Litva prezidenti Gitanas Nauseda bu il oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkiləri və Rusiyanın bu seçkilərə müdaxilə dərəcəsi ilə bağlı müstəqil beynəlxalq təhqiqat aparılmasını zəruri sayıb. Bunu o, cümə günü Avropa İttifaqı liderlərinin Budapeştdəki qeyri-rəsmi görüşü ərəfəsində jurnalistlərlə söhbətində deyib.

Nauseda deyib: "Gürcüstan hakimiyyətinin bu işi dürüst araşdıracağını düşünmək sadəlöhvlük olardı".

O, Gürcüstanın Avropa standartlarından uzaqlaşdığını, Rusiyaya yaxınlaşdığını deyib.

Litva prezidenti "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının qurucusu və fəxri sədri Bidzina İvanişvili faktoruna diqqət çəkib.

Prezident Nauseda deyib: "Bütün bu proseslərin arxasında bu adam dayanır. Biz bilirik, onun Rusiya ilə münasibətləri nə qədər dərinə işləyib. Məhz buna görə təkcə Avropa İttifaqından çıxmaqdan deyil, həm də Rusiya ilə yaxınlaşmaqdan söhbət gedir. Gürcüstan anlamalıdır ki, ortada dayana bilməz. Bu, çox sadədir: siz ya Qərbə gedirsiniz, ya Şərqə".

Prezident Gitanas Nausedanın bu bəyanatları çox qəribədir. Əvvəla, hazırda Gürcüstan hakimiyyətində olan şəxslər həmin siyasətçilərdir ki, dörd il əvvəl onlar seçiləndə Avropa İttifaqı həmin seçkiləri demokratik sayıb, hətta Gürcüstanı İttifaq üzvlüyünə namizəd kimi qəbul edib. İndi birdən-birə bu hakimiyyət niyə dürüstlüyünü itirib?!

Nausedanın fikri keçərli olacaqsa, deməli, müstəqil beynəlxalq araşdırma adı altında müstəqil dövlətin suverenliyinə qəsd edilir. Həm də bunu "demokratik" Qərb strukturları edir. Bu, məsələnin birinci tərəfi. İkincisi, Gürcüstan, yaxud başqa bir dövlət niyə mütləq ya Qərbə, ya Şərqə getməlidir?! Kimsə Qərbə gedər, kimsə Şərqə. Kimsə də həm Qərblə, həm Şərqlə münasibətlərini balanslı qurar.

Məsələn, Ermənistan həm Rusiya ilə iqtisadi əlaqələrini yüksəldir, həm Qərblə siyasi əlaqələrini. Ermənistan Rusiyanı Qərbin sanksiyalarından yayındırır, Moskvanın egidası altında qurulmuş, Moskvanın üstün mövqedə olduğu təşkilatlarda üzvlükdə qalır, ona bir söz deyən yoxdur, amma Gürcüstan Rusiya ilə münasibətləri normallaşdırmaq haqda, sadəcə, bir bəyanat verib deyə, rəsmi Tiflisə qarşı amansız basqı başlanıb. Hərçənd Baş nazir İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətlərin bərpası haqqında suala cavabında belə deyib: "Gürcüstanın iki bölgəsi Rusiyanın işğalı altında qaldığı halda hansı diplomatik münasibətlərdən söhbət gedə bilər?"

Bir nüans da var: əgər Qərblə Şərq arasında seçim əsasdırsa, Qərbi seçmək başlıca göstərici sayılırsa, Ukraynanı Aİ öz sıralarına niyə dərhal qəbul etmədi?! 2004-cü ildə, ya da heç olmasa, 2014-cü ildə. Biz hələ NATO üzvü olan Türkiyənin yarım əsr "qapı arxasında" gözlədilməsini demirik.

Artıq birqütblü yox, çoxqütblü Dünyaya çevrilmiş Planetdə niyə mütləq Qərblə Şərq arasında seçim edilməlidir?! Avropanın tən ortasında İsveçrə nədən neytral qala bilər, Avropa İttifaqının, Avrozonanın bir parçası olmaya bilər, ancaq, məsələn, Gürcüstan mütləq seçim etməlidir?! Bunu da keçdik: Gürcüstan hökuməti özü də axı Avropaya inteqrasiyanı seçib.

Prezident Nausedanın bəyanatı Roma Papasından daha çox katolik olma çabasına bənzəyir. Hətta o qədər həyəcanlanıb ki, ciddi bir yanlışlığa yol verib: "Gürcüstanın Avropa İttifaqından çıxması" ifadəsini işlədib. Gürcüstan Avropa İttifaqının üzvü deyil ki, oradan çıxsın. Sadəcə, üzvlüyə namizəddir, o qədər...

Seyid Əhmədli, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri