Icma.az
close
up
RU
“İsveçrə ermənipərəstliyi” Roma Papasından da üstün katolik olmaq?

“İsveçrə ermənipərəstliyi” Roma Papasından da üstün katolik olmaq?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Sülh ölkəsi”nin barışı pozmaq niyyətindəki anti-Azərbaycan motivlər

Özünü sülh ölkəsi kimi göstərən, əbədi bitərəfliyini elan edən İsveçrə heç də ampluasına uyğun davranmır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Münxendə təxribatçı jurnalist Emin Hüseynova sərrast cavabı fonunda açıqladığı fikir, Hüseynovun qadın paltarında İsveçrə səfirliyində gizləndiyini vurğulaması diqqəti yenidən bu ölkənin üzərinə cəmləyib. Həm də ona görə cəmləyib ki, İsveçrənin Azərbaycan–Ermənistan sülh gündəliyini pozmaq cəhdləri günümüzün reallığıdır.

Ondan başlayaq ki, İsveçrə ermənipərəst qüvvələrin daim “aktiv” olduğu məmləkət statusundadır. Görünür, ölkə bu statusda Fransanı qabaqlamağa iddialıdır. Bəzən belə təəssürat yaranır ki, kimlərsə, məşhur deyimdəki kimi, Roma Papasından daha çox katolikliyə can atırlar. Bu canatmada isə Ermənistandakı revanşist qüvvələri fəallaşdırmaq məramı var. Bəli, İsveçrədə Azərbaycanın 44 günlük müharibədəki müqəddəs Zəfərlə öz torpaqlarını 30 ilədək sürən işğaldan qurtarmasını, habelə 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyən qaraguruhun məqsədi həmin revanşist və şovinistləri daim “işlək” durumda saxlamaqdır. Bu mənada ölkənin oxşarlığı var. Hansı ölkə ilə oxşarlıq, məsələyə qayıdacağıq. Hələlik isə...

Yada salaq ki, İsveçrə Milli Şurasının üzvü, açıq şəkildə anti-Azərbaycan mövqeyi ilə seçilən, mütəmadi şəkildə ölkəmiz əleyhinə yarıtmaz fikirlər səsləndirən Erix Vontobel bu il fevralın əvvəlində İrəvana səfər etmiş və orada mətbuat konfransı keçirmişdi. O, konfrans zamanı Qarabağdan 2023-cü ilin sentyabrından sonra getmiş ermənilərlə 2024-cü ilin oktyabrındakı görüşünü xatırlatmış və onları “zorla köçürülmüş şəxslər” kimi qələmə vermişdi. Məlumdur ki, E.Vontobel 2024-cü ilin oktyabrında İsveçrə Xarici İşlər Nazirliyinə “Qarabağ üçün sülh forumu: ermənilərin qayıdışına dəstək” adlı petisiya təqdim etmişdi. Əlbəttə, petisiya qəbul olunmamışdı.

Məlumat üçün bildirək ki, 26 muxtar bölgədən – kantonlardan və yarımkantonlardan ibarət federal respublika olan İsveçrədə qanunverici hakimiyyəti iki palatalı Federal Məclis həyata keçirir. Federal Məclis Milli Şuradan və Kantonlar Şurasından ibarətdir. Təxribatçı əməllərini diqqətə çatdırdığımız E.Vontobel Milli Şuranın 200 üzvündən biridir. Amma o, ermənipərəst mövqeyində tək deyil...

O da məlumdur ki, Qarabağ ermənilərinin geri qayıtmaq hüququnu dəstəklədiyini bəyan edən, əslində, işçi qrupu statusuna malik İsveçrə parlament komitəsi ötən il mayın 26-da Berndə ilk iclasını keçirmiş və İsveçrənin Azərbaycan nümayəndələri ilə Qarabağ erməniləri arasında dialoq üçün neytral platforma təşkil etmək kimi mənasız öhdəliyini təsdiqləmişdi. Mənasız ona görə ki, söhbət öhdəlikdən yox, aşkar ermənipərəstlikdən gedir. İclasda Ermənistanın sabiq xarici işlər naziri, hazırda özünün revanşist düşüncələri ilə yadda qalan Vardan Oskanyanın iştirakı fikrimizin təsdiqidir. Yeri gəlmişkən, 19 üzvdən ibarət parlament komitəsi İsveçrə Parlamentinin hər iki palatası tərəfindən qəbul edilmiş məcburi qətnamədən sonra yaradılıb. Qətnamə Federal Şuraya “Qarabağ üçün İsveçrə Sülh Təşəbbüsü” (Swiss Peace Initiative for Nagorno Karabakh) çərçivəsində beynəlxalq dialoq mexanizmlərini təşviq etməyi tapşırıb. Bu təşəbbüs isə Qarabağ ermənilərinin təhlükəsiz və ləyaqətli qayıdışı üçün şərtlərin müzakirəsinə yönəlib.

Bir sözlə, İsveçrədə ermənipərəstlik, habelə anti-azərbaycançılıq, bir növ, strukturlaşmış mexanizmə malikdir ki, haqqında söz açdığımız Roma Papasından daha artıq katoliklik elə budur. Görəsən, ölkənin bu yolu tutmasının səbəbi nədir? Müxtəlif səbəblər var və onları vurğulayacağıq. Hələlik isə İsveçrədə qeydə alınmış daha bir nalayiq təşəbbüs üzərində dayanaq.

Deməli, 2024-cü il noyabrın 5-də Cenevrə kantonu parlamentinin bir sıra ermənipərəst üzvləri tərəfindən “Dağlıq Qarabağın ilhaqı və Azərbaycanın siyasi məhbuslarının azadlığa buraxılması” adlı 24.321 saylı qətnamə layihəsi hazırlamışdı. Həmin layihə 2025-ci ilin avqustunda İsveçrə parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsi tərəfindən rədd edilmişdi ki, prosesdə Azərbaycanın İsveçrədəki səfirliyinin apardığı məqsədyönlü fəaliyyət mühüm rol oynamışdı. Bununla da 2025-ci ilin iyunundan intensivləşmiş və ölkəmizə qarşı bir neçə cəbhədə oynanılan hibrid siyasi oyun iflasa uğramışdı.

Buna qədər isə İsveçrədə fəaliyyət göstərən SOCAR-ın adının hallandığı “xarici nəzarətdə olan şirkətlərin müharibələri maliyyələşdirməsi” adlı qətnamə layihəsinin parlamentin gündəliyinə salındığını bilirik. 2024-cü ildə rədd olunmuş, ermənipərəst Stefan Müller-Altermatt tərəfindən yenidən gündəmə gətirilmiş və Azərbaycana qarşı siyasi təzyiq yaratmaq məqsədi daşıyan bu layihənin səs çoxluğu ilə yenidən rədd edildiyini də həmçinin. Həmin Müller-Altermattın İsveçrə hökumətinə “Cənubi Qafqazda sülh strategiyası və Ermənistanın müdafiəsi” mövzusunda sorğu ünvanladığından, bu sorğunun gündəlikdən çıxarıldığından da xəbərdarıq. Bu sıraya, habelə, “ədalətli iqlim və enerji siyasəti” adı altında SOCAR və TAP kimi şirkətlərin fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş referendum təşəbbüsünü əlavə etmək mümkündür.

Göründüyü kimi, ermənipərəstlik və anti-Azərbaycan fəaliyyət üzrə, sanki ayrıca gündəliyə məxsus İsveçrədə bu gündəliyin ən müxtəlif tərəfləri var. İstər-istəməz, düşünürük ki, bütün bunlar yalnız ayrı-ayrı şəxslərin sərsəm düşüncə məhsulları deyil. Belə bir durumda ehtimal şəklində anons etdiyimiz səbəblər və oxşarlıq üzərində dayanaq və bildirək ki, İsveçrə parlamentinin tutduğu yol və səsləndirdiyi tezislər Ermənistandakı revanşist və şovinist kəsimi aktivləşdirmək niyyəti güdən Rusiya propaqandasının tezisləri ilə üst-üstə düşür. Elə isə ilk ehtimalımız budur ki, İsveçrədə kimlərsə öz aləmlərində ölkəyə yaxın və Rusiya ilə işbirliyində olan Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisinin fəaliyyətinin dayandırılmasının qisasını almağa girişiblər. Nəzərə alaq ki, sözügedən ofis 2025-ci ilin martında fəaliyyətini dayandırmışdı. Azərbaycana qarşı hücumlar da bundan sonra intensivlik qazanmışdı ki, həmin hucümlardan bəhs etdik. Deməli, ehtimalımızın doğruluq faizi yüksəkdir.

Bir halda ki, əvvəldə Emin Hüseynov məsələsindən, daha doğrusu, Mehriban xanım Əliyevanın ona Münxendəki tutarlı cavabından söz açdıq, bu məqamın üzərində bir qədər ətraflı dayanaq. Çox da uzaq olmayan keçmişə nəzər salaraq, belə qənaətə gəlmək olar ki, İsveçrə amilinin anti-Azərbaycan fəaliyyət baxımından, belə demək mümkünsə, öncüllük hekayəsi yalnız bu günlərin olayı deyil.

Bəli, İsveçrə anti-Azərbaycan ünsürlər üçün mərkəzdir. Zamanında həmin Emin Hüseynov ölkənin xarici işlər naziri və prezidenti olmuş Didye Burkhalterin sayəsində Azərbaycandan çıxarılmış, ikincinin vergi borcları ödənmişdi. Nəzərə alaq ki, 2017-ci ildən sonra siyasətdən uzaqlaşmış Burkhalterin ATƏT sədri olduğu dövrdə işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycan arasında fərq qoymaması və sair əməlləri yaxşı xatirimizdədir.

Necə deyərlər, taylı tayını tapar. Bu mənada, Emin Hüseynov–Didye Burkhalter tandemi təəccüblü qarşılanmamalıdır. Axı onların hər ikisi eyni “amala” xidmət edirlər. Deməli, indi ölkəmizə qarşı mənfi təmayüllərin kökü var. Belə bir durumda İsveçrə kimi sülh egidalı olduğunu bəyan edən bir ölkənin tutduğu yola yalnız təəssüflənmək qalır.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2026 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri