Icma.az
close
up
RU
Roma pontifiklə vidalaşır: Papa Fransiskin nəşi Müqəddəs Pyotr kilsəsinə aparıldı

Roma pontifiklə vidalaşır: Papa Fransiskin nəşi Müqəddəs Pyotr kilsəsinə aparıldı

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Roma Papası Fransiskin cəsədi olan tabut onun şəxsi iqamətgahından - 21 apreldə vəfat etdiyi Müqəddəs Marfa evindən Müqəddəs Pyotr kilsəsinə aparılıb. Yaxın vaxtlarda ictimai vida mərasimi başlayacaq.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Vida mərasimini idarə edən kardinal-kamerlenq Kevin Farrell, cəsədin daşınmasından əvvəl dəfn duasını oxuyub və artıq kilsədə söz liturgiyasına başlayıb.

Roma pontifiklə vidalaşır: Papa Fransiskin nəşi Müqəddəs Pyotr kilsəsinə aparıldı

Mərasimdə kardinallar, arxiyepiskoplar, yepiskoplar və kilsə xadimləri iştirak edirlər. Onlar tabutun qarşısında meydandan keçid ediblər. Meydanda İsveçrə qvardiyaçılarının fəxri qarovulu qurulub.

Pontifiklə vidalaşma mərasiminin bütün qaydaları xüsusi sənəddə təsvir edilib, lakin Fransisk hələ sağlığında ona bəzi dəyişikliklər edərək proseduru sadələşdirib.

Müqəddəs Pyotr meydanında inanclılar toplaşıblar. Roma hakimiyyətinin təxmini qiymətləndirməsinə görə, təxminən 100 min insan iştirak edir.

Romada misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb. Müqəddəs Pyotr meydanı, nəqliyyat qovşaqları xüsusi nəzarət altına alınıb. Səmada uçuşsuz zona rejimi elan edilib, PUA-ların ələ keçirilməsi sistemi işə salınıb.

Fransisklə vidalaşma 25 aprelə qədər davam edəcək. Dəfn mərasimi 26 apreldə dövlət və hökumət başçılarının, taclı şəxslərin, ruhani və dini nümayəndələrin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, o, Romanın Eskvilino rayonundakı Santa-Mariya-Maccore bazilikasında dəfn olunmasını vəsiyyət edib. Kilsə dörd əsas papa bazilikasından biridir. 1216-cı ildə III Honoriusdan 1669-cu ildə IX Klementə qədər yeddi papa orada dəfn edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://oxu.az
archiveBu xəbər 23 Aprel 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see255

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see196

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see150

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see141

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see139

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see133

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see128

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see128

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see128

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see127

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see126

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see126

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see125

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see122

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri