Icma.az
close
up
RU
Romada “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı konsert təşkil olunub

Romada “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı konsert təşkil olunub

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İtaliyanın paytaxtı Romada keçirilən “Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) proqramı çərçivəsində Azərbaycan milli musiqisi xüsusi bədii proqramla şəhər ictimaiyyətinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzi bu il “Zetema Mədəniyyət Layihəsi”(Zètema Progetto Cultura) tərəfindən tədbirə xüsusi qonaq kimi dəvət olunub və “Sehrli gecə: Azərbaycan balabanının nəfəsi” adlı xüsusi konsert proqramı Trastevere rayonunda yerləşən “Roma Muzeyi” (Museo di Roma) məkanında təşkil edilib.

Tədbirin açılışını Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə edib. O, gecənin moderatoru kimi çıxış edərək qonaqları salamlayıb və qədim nəfəsli musiqi aləti olan balabanın tarixi, səsi və mədəni əhəmiyyəti barədə auditoriyaya məlumat verib. Daha sonra ifaçıları təqdim edib.

Ardınca Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək tədbirin təşkilatçıları – Roma Bələdiyyəsi, Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət Layihəsi təşkilatına təşəkkürünü bildirib. Səfir Azərbaycan musiqisinin zəngin kökləri, onun beynəlxalq mədəni dialoqda oynadığı rol və İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi böyük marağın mədəni əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Konsert proqramında balaban ifaçısı Mehman Nuriyev və pianoçu Səbinə Məmmədova çıxış edərək Azərbaycan musiqisinin emosional dərinliyini və poetik çalarlarını dinləyicilərə təqdim ediblər. Balabanın insan səsini xatırladan həzin tembrinin pianonun zərif klassik ifadə palitrası ilə vəhdəti musiqiyə xüsusi bir poetik aura bəxş edib və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu bənzərsiz sintez Roma sakinləri və xarici qonaqlar üçün unudulmaz bir musiqi axşamı yaradaraq Azərbaycan musiqisinin qədim ruhunu gecənin ən yaddaqalan məqamlarından birinə çevirib.

Qeyd edək ki, Mədəniyyət Mərkəzimiz artıq bir neçə ildir Romada keçirilən böyük mədəni proqramlarda fəal iştirak edir. “Muzeylərdə Musiqi 2025” proqramı isə İtaliya paytaxtında musiqi və sənətin birləşdirilməsi ilə mədəni irsin geniş auditoriyalara təqdim edilməsinə xidmət edən əsas illik layihələrdən biridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri