“IMEC in sehrli Yeni il konserti” adlı konsert təqdim olunub FOTO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Beynəlxalq Muğam Mərkəzi və İMEC Beynalxalq Müsiqi və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə "IMEC-in sehrli Yeni il konserti" adlı konsert təqdim olunub.
Yeni il ab-havasında təqdim olunan musiqi axşamında şagirdlərin ifasında canlı səhnələr, uşaqların möhtəşəm ifaları və müasir musiqiyə qatılan Azərbaycan musiqisinin sədaları gecəyə xüsusi rəng qatıb. İki hissədən ibarət tədbirdə əvvəlcə nağıl -tamaşa sonra isə muğam ifalarından ibarət konsert təqdim olunub.
"Magic Bridge" ("Sehirli körpü") musiqili tamaşasından seçilmiş səhnələrin canlı təqdimatı və uşaqların ifa etdiyi müasir musiqilər bu axşamın əsas xəttini təşkil edib. Musiqi axşamında müasir qərb səslərinə incə Azərbaycan alətlərinin qatdığı zərif və mistik rənglər xüsusi həmahənglik yaradıb. Qısa səhnəciklər və musiqi sintezi ilə zənginləşən bu proqram tamaşaçılara fərqli Yeni il ovqatı bəxş edib. Tamaşanın ssenarisi Nigar Hüseynli, musiqi və mahnı sözlərinin müəllifi isə Leyla Gərayzadədir.
Tədbirdə Uşaq Fondu və 11 nömrəli uşaq internat məktəbi, 3 saylı Uşaq evi sosial xidmət müəssisəsi, Bakıda Lindi Hopps rəqs icmasının üzvləri iştirak ediblər.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 27 Dekabr 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















