Icma.az
close
up
RU
AHİK “8 Mart” münasibətilə Muğamın sehrli dünyası adlı konsert TƏŞKİL ETDİ FOTO

AHİK “8 Mart” münasibətilə Muğamın sehrli dünyası adlı konsert TƏŞKİL ETDİ FOTO

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil edib.
Bizim.Media xəbər verir ki, dövlət qurumlarının qadın rəhbərlərinin, Milli Məclisin deputatlarının, həmkarlar ittifaqları sistemində çalışan qadın əməkdaşların iştirak etdiyi tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Vətənimizin müdafiəsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Azərbaycanın dövlətçilik tarixində qadınların rolu, milli-mənəvi dəyərlərimizin qorunmasında, Ana dilimizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılıb, onların qətiyyətindən, mübarizliyindən və xeyirxahlığından danışılıb.
Vurğulanıb ki, müdrik xalqımız Nüşabə, Məhsəti, Sara Xatun, Natəvan, akademik Zərifə xanım Əliyeva kimi qadınların xidmətlərini unutmur, şərəf tarixinin parlaq səhifələrində yaşadaraq nəsillərdən-nəsillərə ötürür.
Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanda qadın siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün qadınlar ölkəmizin ictimai, siyasi, iqtisadi və mədəni həyatının fəal iştirakçılarıdır. Tədbirdə Azərbaycan qadınlarının simvolu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar, mədəni və nəcib missiyası vurğulanıb, fəaliyyətindən bəhs edən videosüjet nümayiş olunub.
İştirakçılara həmçinin Azərbaycan həmkarlar ittifaqları sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr haqqında məlumat verilib, ölkəmizin tanınmış simalarının iştirak etdiyi və əmək hüquqlarının müdafiəsinə həsr olunan “Layiqli Əmək Səfirləri” layihəsinin təqdimatı olub.
Sonra tədbir Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun rəngarəng musiqi kompozisiyaları ilə davam edib. Əməkdar artist Təyyar Bayramov, “Muğam” müsabiqəsinin qalibləri - Güllü Muradova, Ayşən Mehdiyeva, Aytən Məhərrəmovanın ifasında muğam və xalq mahnıları alqışlarla qarşılanıb.










Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 Mart 2025 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri