Romada uçan tikilinin dağıntıları altında qalan işçinin axtarışları davam edir
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 3 noyabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romanın İmperator Forumundakı “Torre dei Konti” adlı tarixi tikilinin bir hissəsinin uçması nəticəsində dağıntılar altında qalan işçinin axtarışları aparılır.
AZƏRTAC xəbər verir ki, mülki müdafiə qüvvələri axtarış-xilasetmə əməliyyatını davam etdirir. Çökmə nəticəsində dağıntıları altında qalan 66 yaşlı rumıniyalı işçini xilas etmək üçün zamana qarşı yarış aparılır. Xilasedicilər işçi ilə səsli əlaqə saxlaya biliblər.
Tikilinin tamamilə çökmə riskinin son dərəcə yüksəkdir. Hadisə ilə bağlı cinayət işi açılıb.
IX əsrin əvvəllərində inşa edilən tikilinin bir hissəsi təmir-bərpa işləri aparılan zaman uçub. Bu zaman 4 nəfər xəsarət alıb. Daha sonra xilasetmə əməliyyatı zamanı tikilinin digər hissəsi də çöküb. Dağıntılar altından iki nəfər sağ çıxarılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Noyabr 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















