Icma.az
close
up
RU
Romada tarixi tikilinin bir hissəsi uçub

Romada tarixi tikilinin bir hissəsi uçub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma, 3 noyabr, AZƏRTAC

İtaliyanın paytaxtı Romanın İmperator Forumundakı tarixi tikilinin bir hissəsi uçub.

AZƏRTAC xəbər verir ki, IX əsrin əvvəllərində inşa edilən “Torre dei Konti” adlı tikilinin bir hissəsinin uçması nəticəsində 4 nəfər xəsarət alıb. Daha sonra xilasetmə əməliyyatı zamanı tikilinin digər hissəsi də uçub. Dağıntılar altından iki nəfər sağ çıxarılıb, onlardan biri ağır vəziyyətdədir.

Bina Papa III İnnosentin ailəsi olan Segni qrafları və 1204-cü ildə tikilini genişləndirməyə qərar verən Papanın qardaşı Sora qrafı Rikkardo ilə əlaqələndirilir. Tikili həmin dövrün simvolu sayılırdı. 858-ci ildə tikintisinə başlanılan 50-60 metr hündürlüyündəki bina ötən dövrdə bir neçə zəlzələnin təsirinə məruz qalıb. Nəticədə bu gün tikilinin yalnız 29 metrlik hissəsi qalıb. Burada sonuncu dəfə XVII əsrin sonlarında əsaslı bərpa işləri aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın NATO ölkəsi olan Polşaya hücum etmək ehtimalı çox aşağıdır

17 İyul 2026 13:00see489

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see319

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see252

İlyas Yalçıntaş həbs edildi

17 İyul 2026 06:41see232

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see218

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see216

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see213

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see181

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see178

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see174

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see173

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see172

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see170

DÇ 2026: Finalın hakimləri açıqlandı

17 İyul 2026 08:20see167

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see166

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see166

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see162

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see157

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see155

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri