Romanın mərkəzində tarixi qüllə çökdü
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Romanın mərkəzində, İmperator Forumunda tarixi qüllə qismən çöküb.
Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" nəşri yazıb.
"Largo Corrado Ricci meydanında bərpa işləri aparılan Torre dei Conti qülləsinin bir hissəsi çöküb", - deyə məlumatda bildirilir.
Bildirilir ki, hazırda xilasedicilər dağıntılar altında zərərçəkənləri axtarırlar.
Hadisə noyabrın 3-də yerli vaxtla təxminən saat 11:20-də (Bakı vaxtı ilə 14:20-də) baş verib. İlkin məlumata görə, çökmə nəticəsində bir işçi xəsarət alıb, digər dörd nəfər qüllənin yuxarı hissəsində ilişib qalıb, lakin xilas edilib.
Hazırda yanğınsöndürənlər birinci mərtəbədə dağıntı altında qalan daha bir kişini xilas etməyə çalışırlar.
Baxış sayı:89
Bu xəbər 03 Noyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















