Icma.az
close
up
RU
“Roma”nın seriyası 16 oyuna çatdı

“Roma”nın seriyası 16 oyuna çatdı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

A seriyasının 32-ci turundan sonra “İnter” liderliyini davam etdirdi. İtaliyanın son çempionu, gözlənildiyi kimi, evdə “Kalyari”yə qalib gəlməkdə elə bir əziyyət çəkmədi. Milanlıların bütün turnirlərdəki məğlubiyyətsiz seriyasının 12 oyuna çatdığını da qeyd edək.
Milanın eyniadlı komandası isə 2 oyunluq qələbəsizliyə son qoydu. Serjio Konseysaonun komandası səfərdə “Udineze”nin qapısından 4 cavabsız top keçirdi. İnamlı qələbəyə baxmayaraq, “Milan”ın 9-cu yerdəki mövqeyi dəyişmədi.
Mövsümün həlledici mərhələsinin əvvəlində dərin böhran yaşayan “Atalanta”, nəhayət, 3 oyunluq məğlubiyyət seriyasına son qoydu. Can Pyero Qasperininin komandası evdə Çempionlar Liqasına (ÇL) vəsiqələrdən birinə iddia edən “Bolonya”nı iki cavabsız qolla məğlub etdi. Vacib qələbə berqamoluların 3-cü pillədə möhkəmlənməsini təmin etdi.
“Bolonya”nın uduzması “Yuventus”un işinə yaradı. Turinlilər evdə “Leççe”yə 2:1 hesabıyla qalib gəlməklə ÇL-ə sonuncu vəsiqə verən 4-cü yerə çıxdılar.
Turun ən çox maraq doğuran oyunu paytaxtda baş tutdu. Roma derbisi gərgin keçsə də, azarkeşlər keyfiyyətli futbol izləyə bilmədilər. Fasilədən sonra hərəyə bir qol vuran həmşəhərlilər “sülh”ə razılaşdılar. Nəticədə “Latsio” turnir cədvəlinin 6-cı, “Roma” isə 7-ci pilləsində qaldı. “Roma”nın A seriyasında artıq 16 oyundu uduzmadığını da qeyd edək.
32-ci tur
İnter – Kalyari 3:1
Arnautoviç, 13. Martines, 26. Bissek, 55 – Pikkoli, 48. (71799)
İnter: Zommer, Bissek, De Vrey, Auqusto, Zalevski (Bastoni, 67), Dimarko (Darmian, 59), Barella, Çalhanoğlu (Asllani, 84), Frattezi, Arnautoviç (Korrea, 59), Martines (M.Türam, 67).
Yuventus – Leççe 2:1
Koopmeyners, 2. Yıldız, 33 – Baskirotto, 87. (39259)
Yuventus: Di Qreqorio, Kalulu, Veyqa, Kelli, Lokatelli, K.Türam, Makkenni (Vea, 67), Qonsales (Konseysao, 76), Koopmeyners (Kambyaso, 67), Yıldız (Savona, 90+1), Vlahoviç (Kolo Muani, 67).
Udineze – Milan 0:4
Leao, 42. Pavloviç, 45. Ernandes, 74. Reynders, 81. (24214)
Milan: Menyan (Sportyello, 55), Pavloviç, Ernandes (F.Terraçano, 83), Qabbya, Tomori, A.Ximenes (Sottil, 73), Fofana, Reynders, Leao (Bertezaqi, 83), Pulişiç, Yoviç (Abraham, 73).
Atalanta – Bolonya 2:0
Retegi, 3. Paşaliç, 21. (23156)
Atalanta: Karnesekki, Kolaşinats (Toloy, 45), Hin, Cimşiti, Bellanova (Kuadrado, 81), Zappakosta (Rucceri, 85), De Roon, Ederson, Paşaliç, Lukman (Breşianini, 81), Retegi (Maldini, 81).
Bolonya: Ravalya, Miranda, Lukumi (Kazale, 46/Erliç, 77), Beukema, De Silvestri (Holm, 71), Fröyler, Pobeqa, Ndoy, Fabbian (Kambyaqi, 46), Orsolini (Dominges, 46), Dallinqa.
Fiorentina – Parma 0:0
(21355)
Fiorentina: De Xea, Ponqraçiç (Komutso, 72), Mari, Ranyeri, Dodo, Mandraqora (Riçardson, 70), Parizi (Folorunşo, 75), Kataldi, Facoli (Adli, 70), Qudmundsson (Beltran, 70), Ken.
Latsio – Roma 1:1
Romanyoli, 47 – Sule, 67. (63000)
Latsio: Mandas, Maruşiç, Romanyoli, Jiqo, Luka Pelleqrini, Genduzi, Rovella, Zakkanyi, Dele Başiru (Noslin, 80), İsaksen (Dia, 73), Kastelyanos (Pedro, 73).
Roma: Svilar, Ndika, Mançini, Çelik, Anxelinyo, Kone, Paredes (Kristante, 46), Salemakers (Rensx, 88), Lorentso Pelleqrini (Şomurodov, 59), Sule (Əl-Şaaravi, 88), Dovbik (Baldantsi, 84).
Venetsiya – Montsa 1:0
Fila, 72. (10001)
Verona – Cenoa 0:0
(27724)
Komo – Torino 1:0
Duvikas, 38. (10658)
Napoli – Empoli 3:0
Maktominey, 18; 61. Lukaku, 56.
1. İnter 32 21 8 3 72-31 71
2. Napoli 32 20 8 4 51-25 68
3. Atalanta 32 18 7 7 65-30 61
4. Yuventus 32 15 14 3 49-30 59
5. Bolonya 32 15 12 5 51-37 57
6. Latsio 32 16 8 8 53-43 56
7. Roma 32 15 9 8 47-32 54
8. Fiorentina 32 15 8 9 49-32 53
9. Milan 32 14 9 9 51-37 51
10. Torino 32 9 13 10 36-37 40
11. Udineze 32 11 7 14 36-46 40
12. Cenoa 32 9 12 11 29-38 39
13. Komo 32 9 9 14 40-48 36
14. Verona 32 9 5 18 30-59 32
15. Kalyari 32 7 9 16 32-47 30
16. Parma 32 5 13 14 37-51 28
17. Leççe 32 6 8 18 23-52 26
18. Venetsiya 32 4 12 16 25-44 24
19. Empoli 32 4 12 16 24-50 24
20. Montsa 32 2 9 21 25-56 15
Bombardirlər: Retegi (Atalanta) - 23, Ken (Fiorentina) - 17, M.Türam (İnter) - 14, Lukman (Atalanta) - 13.
Növbəti turun oyunları aprelin 19-21-i aralığında keçiriləcək: Leççe - Komo, Montsa - Napoli, Roma – Verona, Empoli – Venetsiya, Bolonya – İnter, Milan – Atalanta, Torino – Udineze, Kalyari – Fiorentina, Cenoa – Latsio, Parma - Yuventus.
Turun rəqəmi
54 – “İnter” Simone İnzaqinin başçılığı altında çempionatın ev oyunlarında qələbə sayını bu rəqəmə çatdırdı. Bu, qitənin 5 aparıcı liqasında onun baş məşqçi vəzifəsinə təyin olunduğu 2021-ci ildən indiyədək qeydə alınan 3-cü ən yaxşı göstəricidi. Ötən müddətdə “Real” da La Liqanın ev oyunlarında bu qədər qələbə qazanıb. Bu planda lider “Mançester Siti” (56), 2-ci yerdə isə “Liverpul”du (55).
Turun ulduzu
Mateo Retegi (Atalanta) - “Atalanta” evdə “Bolonya” üzərində maksimum nəticəyə nail olmaqla yenidən ÇL-ə vəsiqə verən yerlər uğrunda mübarizədə möhkəmləndi. Vacib qələbədə ən böyük rolu Retegi oynadı. 25 yaşlı hücumçu 1 qol və məhsuldar ötürmə ilə karyerasının ən yaxşı mövsümünü keçirdiyini bir daha göstərdi.
Turun sitatı
Kristian Pulişiç, “Milan”ın yarımmüdafiəçisi: “Konseysaonun başçılığı altında ən yaxşı oyunumuzu keçirdik? Hə, qalib gəldik və top buraxmadıq. Leao ilə aramızda məhsuldar ötürmələrə görə rəqabət var. Rafael qol vurub assist edəndə super görünür. Amma yaxşı oyunun fonunda qələbə qazanmaq daha vacibdi”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:541
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri