Icma.az
close
up
RU
Romantik olmayan 5 bürc: Onların məntiqi...

Romantik olmayan 5 bürc: Onların məntiqi...

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Astrologiyada bəzi bürclər məntiqə və məsafəyə üstünlük verirlər, sevgiyə gəldikdə romantikanı arxa plana keçirə bilirlər. 

News24.az romantikaya gəldikdə istəksiz olan bürcləri təqdim edir:

OĞLAQ (22 dekabr - 19 yanvar)

İntizamlı, məsuliyyətli və işgüzar Oğlaqlar münasibətlərində oxşar davranışlar nümayiş etdirirlər. Hisslərini açıq şəkildə ifadə etməkdənsə, sevgilərini hərəkətləri ilə göstərməyi üstün tutan Oğlaqlar romantik jestlərə çox da həvəsli deyillər. Onlar üçün münasibət daha çox tərəfdaşlıq və etimad bağı deməkdir.

DOLÇA (20 Yanvar - 18 Fevral)

Azadlığı sevən və intellektual təbiəti ilə tanınan Dolçalar emosional intensivlikdən qaça bilər. Onlar üçün sevgi romantik anlardan daha çox zehni harmoniya ilə bağlıdır. Çox vaxt məntiqli hərəkət edən Dolçalar ənənəvi romantik jestləri lazımsız görüb, qeyri-adi üsullarla hisslərini göstərməyə üstünlük verə bilərlər.

QIZ BÜRCÜ (23 avqust - 22 sentyabr)

Analitik zəkaları və təfərrüatlara diqqət yetirmələri ilə tanınan Qız bürcləri sevgi mövzusunda da vasvası və ehtiyatlıdırlar. Sürprizlərdən və emosional eniş-yoxuşlardan məsafə saxlayan Qızlar romantik gözləntiləri qarşılamaqdansa, ortağının ehtiyaclarını əməli yollarla qarşılamağa diqqət yetirirlər. Onlar üçün məhəbbət şişirdilmiş romantikadan çox nizamlı və sağlam münasibət deməkdir.

ƏKİZLƏR (21 may - 20 iyun)

Ağıllı və aktiv təbiəti ilə diqqət çəkən Əkizlər bürcü, emosional dərinlikdən çox əyləncə və söhbətə üstünlük verir. Romantik anlardan asanlıqla sıxıla bilən Əkizlər sevgini macəra kimi görməyə üstünlük verirlər. Bu səbəbdən romantik jestlərdən daha çox zehni harmoniya və partnyorları ilə xoş dialoqlara önəm verirlər.

ƏQRƏB (23 oktyabr - 21 noyabr)

Ehtiraslı və sirli bürc kimi tanınan Əqrəblər, sıx emosiyalar deyil, dərin bağlarla romantika yaşamaq istəyirlər. Sevgini ciddi qəbul etsələr də, romantik sürprizlər və klişe sevgi nümayişləri onlara süni görünə bilər. Duyğularını daha çox sədaqət və sahibliklə ifadə edən Əqrəblər romantik münasibətlərdən çox dərin əlaqələrə üstünlük verirlər.

Münasibətlərdə bəzi insanlar sevgilərini möhtəşəm jestlərlə, bəziləri isə sədaqət, inam və məntiqli qərarlarla sevgilərini sübut edirlər. Önəmli olan doğru insanı tapmaq və onun dilini anlamaqdır.

Günel Məlikzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://news24.az
archiveBu xəbər 17 Fevral 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri