Icma.az
close
up
RU
Ronaldo da Bakıya gəlir?

Ronaldo da Bakıya gəlir?

Dünyaca məşhur futbolçu Kriştiano Ronaldo COP29 tədbiri çərçivəsində Bakıya xüsusi dəvət alıb.

Pravda.az konkret.az-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Portuqaliya yığmasının kapitanını paytaxta dəvət etməklə azarkeşlər üçün xüsusi bir sürpriz etməyi planlaşdırıblar.

Lakin Ronaldo vaxt məhdudiyyəti və oyun təqviminin sıx olması səbəbindən Bakıya səfər edə bilməyib.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin V turunda ötən gün Portuqaliya yığması Polşa yığması ilə mühüm qarşılaşmaya çıxıb. A Liqasının I qrupunda liderlik uğrunda gərgin mübarizə aparan Portuqaliya komandası bu görüşdə Ronaldonun iştirakı ilə əsas gücünü meydanda sərgiləyib.

Portuqaliya yığması rəqibini 5:1 hesabı ilə darmadağın etdiyi oyunda  Ronaldo 2 qol vurub və 1 qolun məhsuldar ötürməsini verib

seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri