Icma.az
close
up
RU
OPEK+ hasilatı artırır: Neft qiyməti düşərsə... Millət vəkili

OPEK+ hasilatı artırır: Neft qiyməti düşərsə... Millət vəkili

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında dünya üzrə neftə tələbatın artması müşahidə olunur. Bu, birbaşa iri ölkələrdə, xüsusilə də ABŞ-da səfərlərin sayının çoxalması ilə bağlıdır. Səfərlərin çoxalması avtomobillərin yanacağa olan tələbatını artırır ki, bu da öz növbəsində neftə olan ümumi tələbin yüksəlməsinə səbəb olur. ABŞ isə dünya neft tələbat baxımından aparıcı ölkələrdən biri olduğu üçün bu, prosesə birbaşa təsir göstərir.

Bu fikirləri Axar.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov OPEK+ ölkələrinin neft hasilatının artırılması ilə bağlı verdiyi qərarın bazara təsirini şərh edərkən bildirib.

Deputat qeyd edib ki, OPEK+ tələbat və təklif balansına uyğun şəkildə hasilat kvotalarına yenidən baxır və dəyişikliklər edir:

“Təbii ki, hasilatın artırılması neft qiymətlərinə təsir göstərən əsas faktorlardan biridir. Lakin OPEK+ çalışır ki, təklifi elə tənzimləsin ki, qiymət çərçivəsindən kənara çıxmasın. Bu baxımdan, hasilatın artmasının qiymətlərə təsiri birbaşa tələbatın dəyişməsindən asılı olacaq”.

Ekspert əlavə edib ki, 2025-ci ildə neftin dünya bazar qiymətinin yüksək olacağı proqnozlaşdırılmır:

“Ötən beş ay ərzində də neftin qiymətində azalmalar müşahidə etdik. Bu kontekstdə neft bazarı ilə bağlı proqnozlar qiymət artımı istiqamətində olmasa da, sabit tələbat mövcuddur. Bu da “Brent” markalı neftin qiymətinin orta hesabla 65 dollar ətrafında dəyişməsinə səbəb olacaq”.

Vüqar Bayramov onu da vurğulayıb ki, neft bazarı eyni zamanda siyasi faktorlarla tənzimlənir:

“Əgər siyasi müdaxilələr artsa, bu, neftin qiymətində əlavə enişlərə səbəb ola bilər. Amma hələlik tələb və təklif balansına baxdıqda, bazarın verdiyi mesaj odur ki, mövcud tarazlıq 65 dollar ətrafında formalaşıb”.

Deputat Azərbaycanın neft ölkəsi kimi optimal qiymətlərdə maraqlı olduğunu da qeyd edib:

“Neft ixrac edən ölkələr üçün optimal qiymət təxminən 70 dollar səviyyəsində nəzərdə tutulur. Azərbaycanın dövlət büdcəsində də neftin qiyməti 70 dollar olaraq götürülüb. Bu baxımdan bizim üçün illik orta qiymətin 70 dollar ətrafında olması daha məqsədəuyğundur. Hazırda neftin qiymətinin nisbətən aşağı olması Azərbaycan iqtisadiyyatına ciddi təsir etmir. Lakin istənilən halda, neft gəlirləri və neftin qiyməti ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://axar.az
archiveBu xəbər 04 İyun 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri