Ronaldonun evlilik müqaviləsində sosial medianı iki yerə bölən maddə!
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Portuqaliyalı canlı futbol əfsanəsi Kriştianu Ronaldo, təxminən 10 ildir birlikdə olduğu Corcina Rodrigez ilə evlilik müqaviləsini yeniləyib.
OLAY yazır ki, 41 yaşlı ulduzun yeni “müqaviləsindəki” bir maddə sosial medianı iki yerə bölüb.
Müqavilənin detalları belədir:
1) Corcinaya ömür boyu aylıq 144 min dollar ödəniləcək.
2) Ailənin və Corcina Rodrigez-in lüks həyat tərzi, tətil və digər xərcləri Kriştianu Ronaldo tərəfindən təmin ediləcək.
3) 5,6 milyon dollarlıq malikanənin sənədi Corcinanın adına olacaq.
4) Ronaldonun təkbaşına çıxdığı tətillər olacaq. Corcina bu tətillərə qatılmayacaq.
Milyonlarla dolların dövr etdiyi müqavilədə Ronaldonun “təkbaşına tətil” maddəsi isə sosial medianı iki yerə bölüb və müzakirə yaradıb. Sosial media istifadəçilərinin yarısı Ronaldonu dəstəkləsə də, digər yarısı bu addımın doğru olmadığını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 23 Mart 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















