Ronaldu məhsuldar ötürmə etdi, komandası “Əl İttihad”a məğlub oldu
Icma.az bildirir, Idman.biz portalına istinadən.
Səudiyyə Ərəbistanı Pro Liqasının beşinci turunda “Əl-İttihad” doğma meydanda “Əl-Nəsr”i 2:1 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, meydan sahibləri artıq 4-cü dəqiqədə Corc İlenikenanın qolu ilə hesabı açıblar. O, 22-ci dəqiqədə dublunu rəsmiləşdirərək fərqi iki topa çatdırıb.
“Əl-Nəsr” 36-cı dəqiqədə fərqi azaldıb. Kriştianu Ronaldunun məhsuldar ötürməsindən sonra Anjelo fərqlənib. Lakin qonaqlar hesabı bərabərləşdirə bilməyiblər.
Bu nəticədən sonra 12 xalı olan “Əl-Nəsr” turnir cədvəlində ikinci, 11 xal toplayan “Əl-İttihad” isə dördüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:Mahir məhsuldar ötürmə etdi, komandası məğlub oldu
22 Noyabr 2024 23:37
Əl Nəsr Əl İttihad a uduzdu
08 May 2025 00:51
Mahirdən məhsuldar ötürmə, komandası məğlub oldu YENİLƏNİB
22 Noyabr 2024 23:31
Barselona futbolçusunu Əl İttihad a satdı
31 Yanvar 2025 15:03
Portuqaliyalı futbolçu Əl İttihad a keçir
25 Dekabr 2025 21:32
Baxış sayı:166
Bu xəbər 06 Sentyabr 2026 01:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















