Ronaldunun komandası maliyyə çətinlikləri yaşayır
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Futbol üzrə Səudiyyə Ərəbistanı çempionu "Ən-Nəsr" klubu maliyyə çətinlikləri ilə üzləşib və iyun ayı üzrə bütün futbolçularına tam maaş ödəyə bilməyib.
Lent.az xəbər verir ki, bu barədə "Arriyadiyah" qəzeti məlumat yayıb.
Mənbənin məlumatına görə, bir neçə futbolçu yayın ilk ayı üçün maaşını tam həcmdə almayıb. Bununla belə, klub rəhbərliyi yaxın vaxtlarda məvacibləri tam ödəmək üçün çalışır.
Bildirilir ki, maliyyə problemləri müqaviləsinin müddəti başa çatdıqdan sonra komandadan ayrılan xorvatiyalı yarımmüdafiəçi Marselo Brozoviçi əvəz edəcək əcnəbi futbolçunun transferi prosesini də dayandırıb. Klub maliyyə vəziyyətinin qeyri-müəyyən olması səbəbindən potensial yeni oyunçularla danışıqlar aparmır.
"Ən-Nəsr" ötən mövsüm 2019-cu ildən bəri ilk dəfə Səudiyyə Ərəbistanı çempionu olub. Komandanın heyətində beşqat "Qızıl top" mükafatının sahibi, portuqaliyalı Kriştianu Ronaldu çıxış edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 İyul 2026 02:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















