Ronaldunun komandası külli miqdarda borca düşüb
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol komandası ciddi maliyyə böhranı ilə üzləşib.
İdman.Biz xəbər verir ki, Ər-Riyaddan olan komandanın borcları 800 milyon Səudiyyə riyalını (362 milyon manatdan çox) keçib.
Maliyyə problemləri səbəbindən “Əl-Nəsr”in yay transfer pəncərəsində yeni futbolçularla müqavilə bağlaması dayandırılıb. Klubun hətta razılıq əldə etdiyi bəzi keçidləri rəsmiləşdirə bilmədiyi qeyd olunur.
Böhrandan çıxış yollarından biri kimi klubun paylarının bir hissəsinin satılması nəzərdən keçirilir. Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun bununla bağlı təklifləri dəyərləndirdiyi qeyd olunur.
Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr” 2025/26 mövsümündə Səudiyyə Ərəbistanı Peşəkar Liqasının qalibi olub. Komanda sonuncu dəfə 2018/19 mövsümündə ölkə çempionu adını qazanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 26 İyul 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















