Ronaldunun toyuna gələcək məşhurların adları açıqlandı
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun ulduzu Kriştianu Ronaldunun Corcina Rodrigeslə toyunun qonaq siyahısı açıqlanıb.
Milli.Az xəbər verir ki, mərasimə UFC-nin keçmiş çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqor, həmçinin Dreyk, Rihanna, Cennifer Lopes, "IShowSpeed" və Pirs Morqan kimi tanınmış simalar dəvət olunublar.
Toyun qarşıdakı həftəsonu Portuqaliyanın Madeyra adasında keçirilməsi planlaşdırılır. Nikah Funşal kafedralında bağlanacaq, toy məclisi isə beşulduzlu hoteldə təşkil ediləcək. Mərasimlə əlaqədar hotelin bəzi mərtəbələri və bar zonaları müvəqqəti bağlanacaq.
Qeyd edək ki, Funşal Ronaldunun doğulduğu şəhərdir. O, Corcina Rodrigesə 2025-ci ildə evlilik təklifi edib, cütlük isə 2016-cı ildən birlikdədir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 04 Avqust 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















