Röya Ayxan: Gəlinimlə yaşamaq istəmirəm!
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb.
BAKU.WS xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib.
"Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mən də deyirəm ki, sənə ev tutmayacağam. O, Londonda kampda qalır. Deyirəm ki, sənə yalnız 20 yaşından sonra, təkbaşına başqa ölkədə yaşaya biləcəyinə əmin olanda ev tuta bilərəm. Qorxuram, kampda qalması daha yaxşıdır".
Röya Ayxan açıqlamaları zamanı oğlu ailə qurarsa, ayrı yaşacağını qeyd edib.
"Xeyr, gəlinimin mənim yanımda nə işi var? Gəlinimlə yaşamaq istəmirəm! Yox!" -deyə sənətçi bildirib.
Baxış sayı:91
Bu xəbər 29 Oktyabr 2026 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















