Icma.az
close
up
RU
“Röya Ayxanın Kann festivalında iştirakında bir qəbahət görmürəm”

“Röya Ayxanın Kann festivalında iştirakında bir qəbahət görmürəm”

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

MÜSAHİBİMİZ 78-ci KANN BEYNƏLXALQ FİLM FESTİVALINDAN QAYITMIŞ  KİNOŞÜNAS HACI SƏFƏROVDUR.

- 78-ci Kann Beynəlxalq Film Festivalında kinoşünaslıq saytı olan kinoyazar.az-ı təmsil edirdiniz. Festivalda rəsmi şəkildə akkreditasiyadan keçərək iştirakınız Azərbaycan kinoşünaslığı və mətbuatında bir ilkdir. Maraqlıdır, Fransadan hansı təəssüratlarla qayıtmısınız?

- Festivalla bağlı fikirlərim yüksəkdir. Dünya kinosunun nəbzi Kannda döyünürdü. Festivalda dünyanın hər tərəfindən kino adamları iştirak edirdilər. Söhbət təkcə böyük kino ölkələrindən yox, həm də kiçik ölkələrdən gedir. Ümumilikdə isə Kann bu gün Avropanın ən vacib kino hadisələrindən biridir. Orada bunu daha yaxşı hiss etmək mümkündür. Həddindən artıq çox iştirakçı var, seansların hamısı doludur, nümayişlar anşlaqla keçir. Festivalda qonaq olan şəxslərə də, filmlərə də maraq həddindən artıq böyükdür. Kann sanki kinonun məbədidir.

- Festival müddətində izlədiyiniz filmlər arasında ən çox xoşunuza gələn hansı oldu?

- Əslində, bu suala cavab vermək çox çətindir. Ard-arda filmlərə baxdıqdan sonra onların sənin daxilində özünə yer tapması müəyyən qədər zaman tələb edir. Ancaq şəxsi zövqümə görə, ən çox bəyəndiyim film kolumbiyalı rejissor Simon Mesa Sotonun çəkdiyi, Kannın ikinci dərəcəli yarışmasında nümayiş etdirilən olan “Şair” filmi oldu. Ekran işi bir şairin uğursuzluq zolağından çıxması və həyatda öz yerini tapması haqqındadır, komediya və faciənin qarışığıdır. Film komediya kimi başlasa da, sonlara doğru drama çevrilir. Ancaq tam olaraq tragikomediya da deyil. Daha sonra dünya kinosunun parlaq müəlliflərindən olan çinli rejissor Bi Qanın “Dirilmə” filmi çox xoşuma gəldi. Həmin iş kifayət qədər diqqətimi çəkdi. Hər iki fimi böyük zövqlə təkrar izləyərdim.

- Cəfər Pənahinin “Qızıl Palma budağı”na layiq görülən “Sadə bir təsadüf” filmi haqqında nə düşünürsünüz?

- Cəfər Pənahinin kino karyerasına baxdığımız zaman 2011-ci ildən bəri çəkdiyi filmlərə bənzər bir işdir. Əsər kino dili baxımından axsasa da, mühüm siyasi, əxlaqi, etik məsələlərə toxunur. Açığı, mən bu tərz kino dilini sevmirəm. Düşünmürəm ki, “Sadə bir təsadüf” çox parlaq filmdir. Buna baxmayaraq, Pənahinin yanaşması, cəsarəti qərblilərin diqqətini çəkir. Pənahinin mübarizliyi də bu seçimdə müəyyən qədər rol oynayıb. Fikrimcə, bu film Azərbaycanda nümayiş olunsa, yaxud internetdə izləmək mümkün olsa, bizdə də maraqlı müzakirələr gedəcək.

- İndiki mərhələdə isə müzakirələr əsasən Pənahinin milliyyəti üzərində qurulmuşdu.

- Mən düşünmürəm ki, Pənahi azərbaycanlıdır. O, iranlıdır və İran mədəniyyətini təmsil edir, İran mədəni dünyasının məhsullarını göstərir. Filmləri oranın mədəni kodlarını daşıyır. Pənahinin milli kimliyinə gəldikdə isə deyə bilərik ki, o, öz milli kimliyini müxtəlif formalarda vurğulamağa çalışır. Bu filmdə də baş qəhrəman Vahid adlanan şəxs yalnız anası ilə Azərbaycan türkcəsində danışır. Bir növ rejissor bununla öz keçmişini qabardır, ana dilinə işarə edir. Buna baxmayaraq, mən Pənahinin İran mədəniyyətinin bir hissəsi olduğunu düşünürəm.

- Bəs müğənni, Xalq artisti Röya Ayxanın festivalda iştirakı ilə bağlı gedən müzakirələr haqqındə nə düşünürsünüz?

- İctimaiyyətin məsələyə bu cür reaksiya verməsinin əsas səbəbi mediada tam dəqiq olmayan məlumatların yayılması və həddindən artıq qabardılması oldu. Bu, insanları sanki bir qədər qıcıqlanırdı. Təbii ki, dəstəkləyənlər də vardı. Mən isə burada bir qəbahət görmürəm. Bu, çox normal prosesdir. Kann sadəcə festival deyil, həm də böyük bir tədbirlər silsiləsidir. Buraya müxtəlif ölkələrdən insanlar dəvət olunur. Nə yaxşı ki, Azərbaycandan da kimsə dəvət edilmişdi. Ümid edirəm ki, bunun ardı gələr. Çünki bu o deməkdir ki, xarici markalar, brendlər, tədbiri təşkil edənlər Azərbaycandakı insanlara da maraq göstərirlər. Buna ancaq sevinmək olar.

- Sizcə, azərbaycanlı rejissorları Kann səhnəsində nə vaxt görəcəyik?

- Orada bəzi filmləri izləyəndən sonra bir daha əmin oldum ki, azərbaycanlı rejissorlar nə istedad baxımından, nə də başqa kriteriyalarda geri qalırlar. Kannda elə filmlər vardı ki, Azərbaycanda çəkilən bəzi filmlər onlardan dəfələrlə yaxşı idi. Azərbaycan rejissorlarının qarşısında duran əsas maneələrdən biri dünya kino sənayesinə kifayət qədər adaptasiya ola bilməmələridir. Həmin yerlərə gedib çıxmaq üçün lazımi yolları öyrənmək lazımdır. Bu, bir qədər zaman alacaq. Ancaq mən əminəm ki, növbəti beş-on il ərzində biz Kannda Azərbaycan rejissorlarını da görə biləcəyik. Bu, çox böyük ehtimaldır. Çünki artıq gənc nəsil gəlir və onlar məsələyə başqa cür yanaşırlar. Digər tərəfdən isə Kannda gördüm ki, orada yarışan filmləri tək bir rejissorun yox, bir xalqın uğuru kimi dəyərləndirirlər. Məsələn, Braziliya filminə baxmağa gedirdinsə, orada braziliyalılar üstünlük təşkil edir və filmi dəstəkləyirdilər. Biz də məsələyə bu cür yanaşmalıyıq. Ortaya çıxan məhsulu Azərbaycan mədəniyyətinin, dünyagörüşünün bir hissəsi kimi qəbul edib sona kimi dəstəkləməliyik.

- Kann təcrübəsi sizin hansı fikirlərinizi dəyişdi?

- Yəqin etdim ki, biz azərbaycanlılar dünya kino prosesinə çox inteqrasiya olmasaq da, dünyada gedən proseslərdən çox da uzaq deyilik. Bizim kifayət qədər istedadlı insanlarımız var. Özümüz də bu prosesin içərisinə daxil ola bilərik.

Sizə bir nümunə deyim. Məsələn, filmi izləyib bitirdikdən sonra haqqında müəyyən fikirlərim formalaşırdı. Eyni zamanda baxdığım film haqqında dünyanın bir çox məşhur onlayn platformalarında çıxan yazıları oxuyurdum. O tənqidlərlə tanış olanda fikirlərimlə oxşar məqamlar görürdüm. Anlayırdım ki, kino universal bir dildir və hamı bunu eyni cür qavrayır. Bu məqam müəyyən mənada məndə özünəinam yaratdı. Fikrimcə, biz kino dünyasında gedən proseslərdən o qədər də uzaqda deyilik. Sadəcə davamlı olaraq belə platformalarda iştirak etməliyik ki, daha yaxşı nəticələr əldə edə bilək.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri