Icma.az
close
up
RU
RSXM də Çinlə seysmologiya sahəsində əməkdaşlıq müzakirə olunub

RSXM də Çinlə seysmologiya sahəsində əməkdaşlıq müzakirə olunub

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Elmlər Akademiyasının Uzaqdan Zondlama və Rəqəmsal Yer İnstitutunun baş katibinin müavini Li Renying AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olub.

525.az-a bu barədə RSXM-dən məlumat verilib.

Bildirilib ki, görüşdə AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli qonağa RSXM-nin fəaliyyəti, mərkəzdə aparılan kompleks geofiziki, seysmoloji, geodinamik və geokimyəvi tədqiqatlar haqqında ətraflı məlumat verib.

Q.Yetirmişli həmçinin mərkəzin xarici ölkələrin seysmoloji mərkəzləri və aparıcı universitetləri ilə əməkdaşlığı, eləcə də Azərbaycan və xarici ölkələrdən olan seysmoloq alimlərin apardığı birgə elmi tədqiqatlar və layihələr haqqında məlumat verib. Hazırda Azərbaycanda 84 seysmik stansiyalar vasitəsi ilə seysmik tədqiqatların aparıldığını bildirən baş direktor alınmış məlumatların emalında ən müasir emal proqramlarının tətbiq edildiyini bildirib.

Professor Qurban Yetirmişli həmçinin kadr hazırlığı və xarici impakt faktorlu jurnallarda mərkəzdə aparılan elmi tədqiqatların nəticəsinə dair nəşr edilən məqalələr haqqında da qonağı məlumatlandırıb.

AMEA nəzdində RSXM-nin fəaliyyəti və mərkəzdə aparılan elmi tədqiqatların onlarda maraq doğurduğunu bildirən Çinin Elmlər Akademiyasının Uzaqdan Zondlama və Rəqəmsal Yer İnstitutunun baş katibinin müavini Li Renying Azərbaycan alimlərinin seysmik tədqiqatların aparılması sahəsində böyük nəticələr əldə etdiyini deyib.

Qonaq bu baxımdan da mərkəzlə əməkdaşlığın qurulmasına maraqlı olduqlarını bildirib. Səfəri çərçivəsində RSXM-də aparılan işlər haqqında daha geniş məlumatlar əldə etdiyini bildirən qonaq ikitərəfli əlaqlərin inkişaf etdirilməsi üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması təklifi ilə çıxış edib: "Ümid edirəm ki, belə bir sənədin imzalanması ikitərəfli əməkdaşlığımızın yaxından inkişaf etməsinə öz müsbət töhfələrini verəcək".

Görüşdə həmçinin kadrların qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib və foto çəkilib.

Qeyd edək ki, görüşdə AMEA nəzdində RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Oktyabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri