Icma.az
close
up
RU
Çinlə aqrar sahədə əməkdaşlıq genişlənir

Çinlə aqrar sahədə əməkdaşlıq genişlənir

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Pekində kənd təsərrüfatı üzrə qabaqcıl yüksək texnologiya müəssisəsi olan “DBN Tech Group”un fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyətinə 1993-cü ildə yaradılan “DBN Tech Group” heyvan yemləri, heyvandarlıq, bitki toxumları, biotexnologiya və kənd təsərrüfatında rəqəmsal həllər sahələrində fəaliyyət göstərməsi barədə məlumat verilib. Bildirilib ki, şirkət bioloji seleksiya, məhsuldarlıq, heyvan sağlamlığı, həmçinin yüksək keyfiyyətli yem və toxum məhsullarının istehsalı üzrə ixtisaslaşıb.

Şirkətin rəhbərliyi ilə keçirilən görüşdə qrupun direktoru Mao Çançin “DBN Tech Group”un xarici ölkələrlə də əməkdaşlıq etdiyini, Azərbaycanla mümkün əməkdaşlıq istiqamətlərinə toxunub.

Nazir Məcnun Məmmədov Azərbaycanın kənd təsərrüfatı sektorunda həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, kənd təsərrüfatında qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Prezidentin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda da aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi prioritetlər kimi müəyyənləşdirilib.

Səfər çərçivəsində Pekində Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu arasında aqrar sahədə gələcək əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənəddə birgə investisiya layihələrinin həyata keçirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və texnologiyaların transferi, biznes subyektləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də ixrac imkanları barədə məlumat mübadiləsi yolu ilə ticarət əlaqələrinin genişləndirilməsi öz əksini tapıb.

Bununla yanaşı, memorandum aqrar sektorun rəqəmsallaşdırılması, kənd təsərrüfatı məhsullarının sığortalanması sahəsində təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və potensialın artırılması istiqamətlərində əməkdaşlığı əhatə edir.

İmzalanmadan əvvəl keçirilən görüşdə nazirlər Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR Sədri Si Cinpinin siyasi iradəsi və rəhbərliyi ilə iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini qeyd ediblər. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin aprelində Çinə dövlət səfəri zamanı aparılan danışıqlar nəticəsində qəbul olunan qərarlar, imzalanan sənədlər, xüsusilə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” iki ölkə münasibətlərində daha bir yeni tarixi səhifə açıb.

Azərbaycan ilə Çinin dost və tərəfdaş dövlətlər olduğunu bildirən Çinin kənd təsərrüfatı və kənd işləri naziri Can Cu iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında anlaşma memorandumunun imzalanmasının müvafiq sahədə əməkdaşlığın dərinləşməsini təmin edəcəyinə əminliyini bildirib.

Azərbaycanda kənd təsərrüfatı sektorunda görülən işlər və əldə olunan uğurlar barədə məlumat verən nazir Məcnun Məmmədov ölkəmizdə aqrar sahənin müasir çağırışlara uyğun inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, rəqabətqabiliyyətli istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirildiyini deyib. O, Azərbaycanın artan istehsal potensialını nəzərə alaraq bu sektorda ticarət əlaqələrinin daha da inkişafı və şaxələndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi ilə yanaşı, ticarət dövriyyəsinin artırılması imkanlarını birgə araşdırmaq məqsədilə mütəxəssislər arasında daha sıx əməkdaşlığın təşviq edildiyini vurğulayıb.

Nazir Azərbaycan ilə Çin arasında aqrar sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə kənd təsərrüfatı və qida məhsulları üzrə ticarətin şaxələndirilməsini, ağıllı kənd təsərrüfatı, aqrotexnologiyalar, dron texnologiyaları və süni intellektin aqrar sahədə tətbiqi üzrə əməkdaşlığın gücləndirilməsini, eləcə də kənd təsərrüfatı mütəxəssisləri üçün texniki təlimlərin və təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri