Ruben Neveş Avropaya dönmək istəyir
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanında çıxış edən Ruben Neveş karyerasını yenidən Avropada davam etdirmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi xüsusilə Premyer Liqaya qayıtmağa isti baxır.
"Daily Mail Sport" nəşrinin məlumatına görə, "Mançester Yunayted" yanvar transfer dönəmində hazırda "Əl Hilal" formasını geyinən Neveşi heyətinə qatmaq üçün maraq göstərir. İngiltərə nəhəngi orta sahəni gücləndirmək üçün bu transferi ciddi şəkildə dəyərləndirir.
"Əl Hilal" 2023-cü ildə Nevesi “Vulverhempton”dan 47 milyon funt sterlinq qarşılığında transfer etmişdi. 2026-cı ilə qədər müqaviləsi olan futbolçunun yanvar ayında təxminən 20 milyon avro qarşılığında komandadan ayrılmasına icazə verilə biləcəyi bildirilir.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 19 Dekabr 2025 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















