Icma.az
close
up
RU
Azərbaycan QHT lərindən Ruben Vardanyanla bağlı kampaniyalara sərt etiraz

Azərbaycan QHT lərindən Ruben Vardanyanla bağlı kampaniyalara sərt etiraz

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi Qərb ölkələrində ermənipərəst təşkilatlar tərəfindən müharibə cinayətkarı Ruben Vardanyan da daxil olmaqla, Azərbaycanda məhkum edilmiş bir sıra müharibə cinayətkarlarının “qurban” kimi qələmə verilməsi ilə bağlı aparılan kampaniyalara qarşı Azərbaycanın ictimaiyyət nümayəndələri sərt mövqe nümayiş etdirib.

Azərbaycan QHT-lərinin, şəhid ailələrinin, itkin düşmüş şəxslərin yaxınlarının, mina terroru qurbanlarının, keçmiş məcburi köçkünlərin yaydıqları Açıq Məktubda Ruben Vardanyanın və digərlərinin törətdikləri ağır cinayətlərə, separatizmi və terrorizmi maliyyələşdirməsinə görə məhkum edildikləri bildirilib.

Qeyd olunub ki, onların adı ilə süni şəkildə qurulan kampaniyalar bu cinayətlərin real qurbanlarının – onilliklər boyu münaqişə, işğal, etnik təmizləmə, terror və mina təhlükəsindən birbaşa zərər çəkmiş minlərlə azərbaycanlının haqlı səsini boğmaq və kölgədə qoymaq məqsədi daşıyır.

Sənəddə vurğulanır ki, Azərbaycan vətəndaş cəmiyyəti uzun illərdir beynəlxalq strukturlara müraciətlər ünvanlayaraq müharibə cinayətləri qurbanlarının hüquqlarının müdafiəsini, tarixi ədalətin bərqərar olunmasını və beynəlxalq məsuliyyət prinsiplərinin qorunmasını tələb edir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampa ünvanlanmış Açıq Məktub (https://en.apa.az/foreign-policy/azerbaijani-ngos-address-open-letter-to-us-president-donald-trump-487462), ABŞ Konqresində irəli sürülmüş birtərəfli təşəbbüslərlə bağlı kəskin etiraz müraciətləri (https://azertag.az/en/xeber/4264859), həmçinin Lemkin İnstitutu (https://report.az/en/foreign-politics/azerbaijani-ngos-call-on-us-based-lemkin-institute-to-apologize), Böyük Britaniya parlamentinin üzvləri (https://www.azernews.az/nation/254843.html) və digər beynəlxalq təsisatlara göndərilən bəyanatlar xatırladılır. Müraciət müəllifləri xüsusi olaraq bəyan edirlər ki, Azərbaycanın öz suveren ərazilərində törədilmiş ağır cinayətləri araşdırmaq, qanunun aliliyini təmin etmək və təqsirkar şəxsləri məhkəmə qarşısına çıxarmaq hüququ və öhdəliyi həm daxili qanunvericilikdən, həm də fundamental beynəlxalq hüquq normalarından irəli gəlir və bu suveren hüquqa kənar müdaxilə yolverilməzdir.

Sənəddə onilliklər ərzində itkin düşmüş şəxslərin ailələrinin beynəlxalq birliyə etdiyi çoxsaylı çağırışların cavabsız qaldığı, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin bu gün də naməlum saxlanıldığı və 3400-dən çox mina qurbanının humanitar faciəsinin qlobal kampaniyalarda qərəzli şəkildə diqqətdən kənarda saxlanıldığı faktlarla ifşa olunur. Xüsusilə itkin düşmüş oğlu ilə bağlı xəbər belə ala bilmədən, ömür boyu dərin daxili əzablar içində yaşayaraq ötən il vəfat edən Elmira Dadaşovanın acı taleyi beynəlxalq ictimaiyyətin nümayiş etdirdiyi ikili standartlardan və vurulmuş mənəvi zərər nümunələrindən biri kimi göstərilir.

Məktubda bildirilir ki, 2025-ci ilin avqustunda Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsinin paraflanması regionda fundamental və yeni inkişaf mərhələsinin əsasını qoyub. Bununla yanaşı, qətiyyətlə vurğulanır ki, Cənubi Qafqazda davamlı sülh yalnız keçmişdə törədilmiş ağır müharibə cinayətlərinə dürüst hüquqi qiymət verilməsi, cinayətkarların qanun qarşısında məsuliyyətə cəlb edilməsi və qurbanların tapdanmış hüquqlarının tam bərpası əsasında mümkündür.

Açıq Məktubun tam mətni ilə bu linkdən tanış olmaq mümkündür:

https://azertag.az/en/xeber/an_open_letter_by_families_of_missing_persons_relatives_of_martyrs_mine_victims_and_former_internally_displaced_persons_of_azerbaijan-4290239

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 İyun 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri