Icma.az
close
up
RU
Ruben Vardanyanla bağlı hökm, yaxud separatizm barədə nekroloq

Ruben Vardanyanla bağlı hökm, yaxud separatizm barədə nekroloq

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan hüquqi müstəvidə də qalibdir

2022-ci ilin sentyabrında Azərbaycan ərazisinə qeyri-qanuni gəlmişdi. Onun barəsində həm də buna görə hökm oxundu. Söhbət Qarabağdakı keçmiş separatçı rejimdə qondarma “dövlət naziri” postunu tutmuş Ruben Vardanyandan gedir. O Vardanyandan ki, Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəlişi fövqəladə hadisə kimi qiymətləndirilirdi və bu haqda söz açacağıq. Ancaq dünən Vardanyanla bağlı heç bir fövqəladəlik yaşanmadı. Bakı Hərbi Məhkəməsi onun barəsində 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxardı. Beləliklə, 1 ildən artıq davam edən proses başa çatdı. Ancaq başa çatan yalnız məhkəmə işi olmadı və mövcud məqama da diqqət yetirəcəyik.

Qeyd edək ki, həm Ermənistandakı revanşist və şovinist kəsim, həm də Qarabağdakı başıpozuqlar hesab edirdilər ki, Vardanyan erməni separatçılığını diri saxlamağa müvəffəq olacaq. Bu fikirlər heç də elə-belə meydana çıxmamışdı. Məşhur Azərbaycan atalar sözündə deyildiyi kimi, arxalı köpək qurd basar. Vardanyanın arxasında hansı dövlətin dayandığı məlumdur. Nəzərə alaq ki, onun Rusiya vətəndaşlığından tez-tələsik imtina qərarını leqallaşdıran Kreml rəhbərliyi olmuşdu. Yeri gəlmişkən, Rubenin Ermənistan vətəndaşlığına keçidi də sürətli alınmışdı. Qarabağa gəldikdən sonra isə Vardanyanın bölgədəki Rusiya sülhməramlıları tərəfindən qorunduğu məlumdur. Ancaq bütün bunlar Azərbaycan qarşısında əngəl yarada bilmədi. Ölkəmiz 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə Qarabağda separatizmin kökünü kəsdi, öz ərazilərində konstitusyon hakimiyyət quruluşunu tam bərpa etdi. Vardanyan isə saxlanıldı və Bakıya gətirildi.

Bəli, 2023-cü ilin sentyabrında R.Vardanyanla Azərbaycan torpaqlarında separatçılığa yeni nəfəs gətirmək cəhdləri də boğuldu. Amma Ruben amili təkcə bunun üzərində qərarlaşmamışdı. Onu bölgəyə yerləşdirənlər tarixi təkrarlamaq xülyasında idilər. Onlar istəklərini “Qarabağ kartı” ilə reallaşdırmağa çalışmışdılar. Çalışmışdılar ki, Rubenin bölgədə parlaq lider obrazı canlansın. Elə bir obraz ki, sonradan onun Ermənistanda da hakimiyyətə gəlməsi reallaşsın. Beləliklə, Cənubi Qafqazda erməni avantürası davamını tapsın. Ona görə də Vardanyan çıxışlarında Ermənistanın baş naziri Nikol Paşinyanı hədəfə çevirir, ümumən ölkə rəhbərliyinə münasibətdə aşağılayıcı ifadələr işlədirdi. O, bu yolla revanşist və şovinistlərin dəstəyinə ümid bəsləyirdi. Amma...

Rusiyanın Vardanyanı Qarabağda yerləşdirməsinə gəlincə, deməli, Moskva 2018-ci il inqilabından sonra Ermənistanda itirdiyi mövqelərini bərpa etməyə müxtəlif cəhdlər göstərsə də, buna nail ola bilmirdi. Bu zaman Kreml Qarabağdakı erməni maraqları üzərinə oynamaq qərarına gəldi və bölgədə

R.Vardanyanın əli ilə, bir növ, mikro Ermənistan qurmaq istədi ki, yekunda onu İrəvana qarşı alternativ qoysun. Lakin məsələ həllini tapmadı. Bu yerdə vaxtilə Koçaryan-Sarkisyan Qarabağ klanının Ermənistanda hakimiyyəti ələ keçirdiyinə və uzun müddət iqtidarda qaldığına diqqət çəkməliyik. Yəni Vardanyan məhz bu planı təkrarlamaq istəyirdi.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində cinayət işləri üzrə açıq məhkəmə prosesi bu il fevralın 5-də başa çatmışdı. R.Vardanyana hökmün oxunmasını isə başlanılmış böyük işin kuliminasiya nöqtəsi kimi qiymətləndirmək olar. O işin ki, postmünaqişə mərhələsində mühüm hüquqi vəzifənin icrasıdır. Yəni Azərbaycan öz ərazisində törədilmiş ağır cinayətlərə hüquqi qiymət verdi. Başqa sözlə desək, Vardanyanla bağlı çıxarılan cəzada bütövlükdə separatizm barədəki hökm mahiyyəti dayanır.

Onu da bildirək ki, “Vardanyan işi” ötən bir ildən artıq müddətdə Azərbaycana təzyiq vasitəsi kimi də istifadə edildi. Bu baxımdan Avropa Parlamentinin ölkəmizin rəsmilərinə qarşı sanksiya hədələrindən tutmuş, Rubenin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrədək bir çox məqamları vurğulamaq mümkündür. Eyni zamanda, Vardanyanın ailə üzvlərinin də qatıldıqları kampaniya var idi ki, bu kampaniyanı Fransa mediası həyata keçirmişdi. Məsələn, Rubenin oğlu “Le Figaro” qəzetinə müsahibə verərək, Bakıda keçiriləcək COP29-a beynəlxalq boykot çağırışı səsləndirmiş, həyat yoldaşı isə saxta sentimentalizmə güc vermişdi.

Habelə, nüfuzlu “Vaşinqton post”un da Rubenin müdafiəsinə qalxdığı yadımızdadır. Daha böyük miqyasda isə Vardanyanın Nobel Sülh Mükafatına namizəd göstərmək cəhdlərini, BMT-nin xüsusi məruzəçilərinə ünvanlanan müraciətləri vurğulamaq mümkündür. Bundan başqa, bir vaxtlar “Vardanyan işi”ni Azərbaycan–Ermənistan sülh prosesi ilə əlaqələndirmək kimi gedişlərin edildiyini də bildirməliyik. Bu gedişlər Rubenlə bağlı duruma geosiyasi kontekst qazandırmaq istəyindən qaynaqlanırdı.

Lakin bütün bunlar Bakıdakı məhkəmənin ahənginə və ritminə təsir göstərə bilməzdi və bilmədi. Azərbaycan dövlətinin ortaya qoyduğu iradə və əzm hərbi və diplomatik cəbhədə uğur qazandığı kimi, hüquqi müstəvidə də öz sözünü dedi. Bu əzm və iradə dələduz Vardanyanın illərlə özü barədə formalaşdırdığı maarifçi və xeyriyyəçi imicini də yerlə-bir etdi. Sonda isə belə nəticəyə gəlmək mümkündür ki, R.Vardanyan barəsindəki hökm yalnız fərdi məsuliyyət deyil, bütövlükdə separatçı sistemin hüquqi müstəvidə ifşası anlamını daşıyır. Azərbaycan separatizmə qarşı mübarizənin hüquqi mərhələsini də uğurla tamamladı.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2026 02:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see452

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see280

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see278

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see265

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see257

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see251

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see250

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see235

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see233

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see221

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see220

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see220

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see218

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see218

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see217

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see211

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see207

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see201

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri