Rubio: ABŞ Çinlə razılaşmaq üçün Tayvanı dəstəkləməkdən imtina etməyəcək
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Çinlə ticarət müqaviləsi qarşılığında Tayvana dəstəkdən imtina etməyi planlaşdırmır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Ola bilsin ki, kimlərsə ticarət sazişi görmək istəyir, amma biz Tayvandan imtina etməklə əlverişli ticarət şərtləri əldə etməyə çalışmırıq. Heç kim bu barədə düşünmür", - deyə o vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Çin Xalq Respublikası və ABŞ nümayəndə heyətləri arasında ticarət məsələləri üzrə danışıqlar Kuala-Lumpurda başlayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə ikitərəfli münasibətləri, eləcə də Rusiya-Ukrayna müharibəsi və Tayvanla bağlı məsələləri müzakirə etmək üçün görüşəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 26 Oktyabr 2025 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















