Kreml üçün ən qorxunc ssenari: “Çindən asılı vəziyyətə düşəcək”
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın artan təcrid fonunda Çindən iqtisadi və siyasi asılılığının kritik həddə çatdığını bəyan edib.
“Yeni Sabah” xəbər verir ki, nazir Moskva və Pekin arasındakı mövcud münasibətləri qiymətləndirərkən Çinin Rusiya üzərində getdikcə artan təsirinə diqqət çəkib.
Sikorskinin sözlərinə görə, Qərb sanksiyalarından sonra Rusiya iqtisadiyyatının Çin məhsullarından və kapitalından asılı hala düşməsi Moskvanın uzunmüddətli strateji maraqlarına ciddi zərbə vurur: Sezar pizza
"Çin Rusiya bazarını ələ keçirir. Rusiya Çin üçün çox, həddindən artıq kiçik tərəfdaşa çevriləcək. Əgər rus millətçisi olsaydım, bundan dəhşətə gələrdim", — deyə Polşa diplomatiyasının rəhbəri vurğulayıb.
Polşalı nazir əlavə edib ki, Kremlin yürütdüyü mövcud xarici siyasət Rusiyanı bərabərhüquqlu müttəfiq kimi deyil, Pekinin kiçik tərəfdaşı və xammal bazası mövqeyinə salır. Ekspertlər də Sikorskinin bu bəyanatını Rusiyanın şərq qonşusundan artan asılılığının geostrateji nəticələrinə verilən kəskin qiymət kimi dəyərləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 14 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















