Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

ABŞ Çindən asılı vəziyyətə düşür? Vaşinqtonu gözləyən təhlükə

ABŞ Çindən asılı vəziyyətə düşür? Vaşinqtonu gözləyən təhlükə

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Çin və ABŞ arasında qlobal liderlik uğrunda rəqabət getdikcə daha çox iqtisadiyyat və texnologiya müstəvisinə keçir. Pekin sənaye istehsalı, süni intellekt, elektromobillər, yarımkeçiricilər və strateji xammal ehtiyatları sahəsində mövqelərini gücləndirməklə Vaşinqtonun uzun illər qoruduğu üstünlüklərə meydan oxuyur. 

Çinin bu istiqamətlərdə əldə etdiyi nailiyyətlər ABŞ-ın iqtisadi və texnoloji liderliyinə nə dərəcədə təhlükə yaradır? Pekinin üstünlükləri artdıqca Vaşinqtonu hansı iqtisadi, geosiyasi və təhlükəsizlik riskləri gözləyir?

Mövzu ilə bağlı "AzPolitika"ya danışan beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib ki, Çinlə ABŞ arasında iqtisadi və texnoloji rəqabət müasir dünya iqtisadiyyatının gələcək istiqamətini müəyyən edən əsas proseslərdən biridir:

"Bu rəqabət artıq yalnız ticarət dövriyyəsi, ixrac və idxal göstəriciləri ilə məhdudlaşmır. Söhbət qlobal istehsal zəncirlərinə, texnoloji innovasiyalara, strateji xammal ehtiyatlarına, maliyyə sisteminə və beynəlxalq iqtisadi qaydaların formalaşdırılmasına təsir imkanlarından gedir. Çinin son onilliklərdə əldə etdiyi iqtisadi nəticələrin əsas səbəblərindən biri sənaye istehsalını dövlətin uzunmüddətli iqtisadi strategiyası ilə əlaqələndirməsidir. Çin istehsal müəssisələrini, logistika infrastrukturunu, xammal emalını, texnologiya transferini və ixrac imkanlarını vahid iqtisadi sistem daxilində inkişaf etdirib. Nəticədə ölkə dünyanın ən böyük sənaye istehsalçılarından birinə çevrilib. Çinin ABŞ qarşısında əsas üstünlüklərindən biri məhz istehsal zəncirlərindəki mövqeyidir. Bu gün elektronika, məişət texnikası, sənaye avadanlıqları, elektrik avtomobilləri, batareyalar və günəş panelləri kimi bir çox məhsulun istehsalında Çin mühüm rol oynayır. Burada əsas məsələ məhsulun yalnız Çində istehsal edilməsi deyil, onun istehsalı üçün lazım olan komponentlərin, xammalın, texniki avadanlıqların və logistika xidmətlərinin də böyük hissəsinin eyni iqtisadi ekosistemdə cəmləşməsidir. ABŞ-ın uzun müddət tətbiq etdiyi qloballaşma modeli Amerika şirkətlərinə istehsal xərclərini azaltmaq və mənfəəti artırmaq imkanı verib. Lakin istehsalın əhəmiyyətli hissəsinin xarici ölkələrə, xüsusilə Çinə köçürülməsi müəyyən sahələrdə ABŞ-ın sənaye müstəqilliyini zəiflədib. 

Bu gün Amerika hökumətinin istehsalı yenidən ölkəyə qaytarmaq üçün milyardlarla dollar investisiya təşviqi həyata keçirməsinin səbəblərindən biri də budur. Çinin ikinci mühüm üstünlüyü strateji xammal və nadir torpaq elementlərinin emalı sahəsindəki mövqeyidir. Müasir texnologiyaların istehsalı üçün litium, kobalt, qrafit və nadir torpaq elementləri xüsusi əhəmiyyət daşıyır. Bu materiallar elektrik avtomobillərində, batareyalarda, mikroçiplərdə, aerokosmik sənayedə və müdafiə sistemlərində istifadə olunur. Çin bu xammalların emalı və təchizat zəncirlərində böyük paya malikdir. Bu vəziyyət ABŞ üçün ciddi iqtisadi və milli təhlükəsizlik riski yaradır. Çünki Amerika dünyanın ən qabaqcıl texnologiyalarını hazırlasa da, həmin texnologiyaların istehsalı üçün lazım olan bəzi kritik materialların təchizatında Çindən asılıdır. Belə asılılıq beynəlxalq siyasi gərginliklər və ticarət məhdudiyyətləri zamanı ABŞ-ın sənaye və müdafiə istehsalına mənfi təsir göstərə bilər".

Ekspertin sözlərinə görə, digər mühüm istiqamət yaşıl enerji və elektrik avtomobilləri bazarıdır:

"Çin günəş panelləri, litium-ion batareyaları və elektrik avtomobillərinin istehsalında böyük istehsal gücü formalaşdırıb. Kütləvi istehsal, geniş təchizat şəbəkəsi və aşağı maya dəyəri Çin şirkətlərinə beynəlxalq bazarlarda ciddi rəqabət üstünlüyü verir. Bu proses Amerika avtomobil sənayesi və enerji texnologiyaları şirkətləri üçün əlavə rəqabət təzyiqi yaradır. Texnoloji rəqabətdə isə süni intellekt, mikroçiplər və robototexnika xüsusi əhəmiyyət daşıyır. ABŞ qabaqcıl yarımkeçiricilərin layihələndirilməsi, proqram təminatı, elmi tədqiqatlar və süni intellekt ekosistemində mühüm üstünlüklərə malikdir. Çin isə bu fərqi azaltmaq üçün böyük investisiyalar həyata keçirir, yerli istehsalı genişləndirir və texnoloji müstəqilliyini artırmağa çalışır. Xüsusilə, süni intellekt sahəsində rəqabət gələcək iqtisadi gücün bölüşdürülməsinə təsir edəcək. Çinin üstünlüyü böyük daxili bazarı, sənaye məlumatlarının həcmi, mühəndislik potensialı və süni intellektin real istehsalat proseslərinə tətbiqi imkanlarıdır. Bu texnologiyalar zavodların avtomatlaşdırılmasından tutmuş logistika, nəqliyyat, maliyyə və səhiyyəyə qədər geniş sahələrdə məhsuldarlığı artıra bilər. ABŞ-ın Çin qarşısında üzləşdiyi əsas təhlükələrdən biri sənaye istehsalında rəqabət qabiliyyətinin zəifləməsidir. Çin şirkətləri daha aşağı maya dəyəri və geniş istehsal imkanları hesabına dünya bazarlarında mövqelərini gücləndirdikcə Amerika şirkətlərinin bazar payı azala bilər. Bu isə ABŞ-da sənaye müəssisələrinin bağlanması, məşğulluğun azalması və yeni investisiyaların başqa ölkələrə yönəlməsi riskini artırır".

Asif İbrahimov əlavə edib ki, digər təhlükə iqtisadi sanksiyaların və texnoloji məhdudiyyətlərin təsir imkanlarının azalmasıdır:

"ABŞ uzun müddətdir özünün maliyyə və texnoloji üstünlüklərindən beynəlxalq təsir vasitəsi kimi istifadə edir. Lakin Çin yerli istehsalı genişləndirdikcə və alternativ təchizat sistemləri yaratdıqca bu məhdudiyyətlərin effektivliyi müəyyən sahələrdə zəifləyə bilər. Maliyyə sistemi də bu rəqabətin mühüm istiqamətlərindəndir. Çin beynəlxalq ticarətdə yuanın istifadəsini genişləndirməyə, milli valyutalarla hesablaşmaları artırmağa və alternativ maliyyə infrastrukturu yaratmağa çalışır. Bu proses ABŞ dollarının beynəlxalq mövqeyinə uzunmüddətli təzyiq göstərə bilər. Bununla belə, dolların mövqeyi hələ də beynəlxalq maliyyə bazarlarının dərinliyi, likvidlik, hüquqi institutlar və investor etimadı ilə dəstəklənir. Buna görə yuanın yaxın perspektivdə dolları əvəz etməsi real və qaçılmaz ssenari kimi qiymətləndirilməməlidir. Burada ABŞ-ın hələ də əhəmiyyətli üstünlüklərə malik olduğunu da qeyd etmək lazımdır. Amerika qabaqcıl texnologiyalar, maliyyə bazarları, universitetlər, elmi tədqiqatlar, vençur kapitalı və beynəlxalq tərəfdaşlıq şəbəkəsi baxımından güclü mövqeyini qoruyur. Çin isə istehsal, xammal emalı, sənaye miqyası və bəzi yaşıl texnologiyalar üzrə üstünlüklərini genişləndirir. Buna görə tərəflər arasındakı rəqabətin nəticəsini yalnız bir iqtisadi göstərici ilə müəyyənləşdirmək mümkün deyil. Çinin özünün də ciddi iqtisadi problemləri mövcuddur. Daxili istehlakın zəifliyi, daşınmaz əmlak sektorundakı durğunluq, demoqrafik dəyişikliklər, borclanma və bəzi sənaye sahələrində artıq istehsal gücü ölkənin uzunmüddətli iqtisadi inkişafı üçün risklər yaradır. Bu problemlərin həlli Çinin istehsal üstünlüyünü dayanıqlı iqtisadi gücə çevirməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, Çin-ABŞ rəqabətinin əsas nəticələrindən biri dünya iqtisadiyyatında yeni güc mərkəzlərinin formalaşması olacaq. Təchizat zəncirləri yenidən qurulacaq, texnoloji bloklaşma güclənəcək, dövlətlər kritik məhsulların istehsalında xarici asılılığı azaltmağa çalışacaqlar. Hindistan, Vyetnam, Meksika və digər ölkələr bu dəyişikliklərdən yeni investisiya və sənaye imkanları əldə edə bilərlər. Bu rəqabət Azərbaycan üçün də müəyyən imkanlar yaradır. İlk növbədə, Orta Dəhlizin əhəmiyyəti arta, Çin–Avropa ticarət əlaqələrində ölkəmizin tranzit potensialı genişlənə bilər. Eyni zamanda, sənaye parklarına investisiyaların cəlb edilməsi, batareya və yaşıl enerji texnologiyalarının inkişafı, logistika və emal sənayesinin genişləndirilməsi üçün yeni imkanlar yarana bilər. Lakin Azərbaycanın bu prosesdən real iqtisadi fayda əldə etməsi üçün yalnız tranzit və istehlak bazarı rolunda qalması kifayət deyil. Əsas hədəf texnologiya transferi, yerli istehsal, əlavə dəyərin yaradılması və ixrac potensialının genişləndirilməsi olmalıdır. Əslində qısa desək,Çin–ABŞ rəqabəti dünya iqtisadiyyatında istehsal, texnologiya və maliyyə gücünün yenidən bölüşdürülməsi prosesidir. ABŞ üçün əsas risk qlobal istehsal və strateji xammal zəncirlərində asılılığın artması, Çin üçün əsas çağırış isə istehsal gücünü dayanıqlı daxili tələbə və texnoloji müstəqilliyə çevirməkdir. Gələcəkdə beynəlxalq iqtisadi sistemdə üstünlük istehsalı, texnologiyanı, xammalı, maliyyəni və logistikanı vahid strategiya çərçivəsində birləşdirə bilən iqtisadiyyatların mövqeyindən asılı olacaq".

Müşviq Tofiqoğlu

AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri