Rubl son 2,5 ilin ən yüksək səviyyəsinə çatdı Niyə bahalaşır?
Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.
Rubl möhkəmlənməsini davam etdirərək son 2,5 ilin ən yüksək səviyyəsinə çatıb.
Yeniavaz.com bu ölkənin mətbuatına istinadən xəbər verir ki Rusiyanın birjadankənar valyuta bazarında dolların məzənnəsi 2023-cü ilin may ayından bəri ilk dəfə 75 rubldan aşağı enib.
Ticarət məlumatlarına görə, ABŞ valyutası gün ərzində 3,2% ucuzlaşaraq 74,76 rubla qədər geriləyib. Daha sonra məzənnə qismən bərpa olunaraq 76,81 rubla çatıb və azalmanın tempi 0,5%-ə yavaşlayıb.
Ekspertlər rublun gözlənilməz şəkildə möhkəmlənməsini əsas ixracatçıların aktiv valyuta satışları ilə əlaqələndirir. Bildirilib ki, dekabrda adətən büdcə hesablaşmalarına görə pul kütləsi artır və bu, rublu zəiflədir.
Qeyd edilir ki, Mərkəzi Bankın dekabrın 5-dən etibarən büdcə qaydası çərçivəsində valyuta satışını gündəlik 9 milyarddan 14,5 milyard rubla qədər artırması rublun möhkəmlənməsinə əlavə impuls verib.
Mərkəzi Bankın satış həcmlərini artıracağı ehtimalı bazarda gözləntiləri gücləndirib.
Ekspertlər rublun 70–75 rubl diapazonuna qədər möhkəmlənə biləcəyini istisna etmirlər. Bununla belə, mütəxəssislər bu tendensiyanın uzunmüddətli olmayacağını düşünürlər. Proqnozlara görə, dekabr-yanvar aylarında məzənnə 77–80 rubl civarında sabitləşəcək, daha sonra isə yenidən zəifləməyə başlayacaq. 2026-cı il üçün baza ssenarisi bir dolların 100 rubl olmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:İngiltərədə işsizlik son 4 ilin ən yüksək səviyyəsinə çatdı
17 İyul 2025 17:20
“Bitcoin” bütün zamanların ən yüksək səviyyəsinə çatdı
12 Noyabr 2024 16:07
Bitcoin bütün zamanların ən yüksək səviyyəsinə çatdı
10 İyul 2025 23:50
Qızılın qiyməti bütün zamanların ən yüksək səviyyəsinə çatdı
05 Sentyabr 2025 10:28
Qəhvə sevənlərə ÜZÜCÜ XƏBƏR: qiymətlər 47 ilin ən yüksək səviyyəsinə çatdı
03 Fevral 2025 08:07
Baxış sayı:30
Bu xəbər 05 Dekabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















