Icma.az
close
up
RU
Rüfət Nasosnu “press kart”ından danışdı KONKRET

Rüfət Nasosnu “press kart”ından danışdı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Milyonların şousu” proqramında iştirak edən meyxanaçı Rüfət Nasosnunun 10-cu sualı cavablamaqla verilişdə itirilməyəcək 3000 manat məbləği əldə etməsi sosial şəbəklərdə müzakirələrə səbəb olub. Belə ki, iddialar səsləndirilir ki, yüksək məbləğin qazanılması inandırıcı deyil və öncədən planlaşdırılıb.

KONKRET.az xəbər verir ki, pravda.az-a açıqlama verən R. Nasosnu deyib ki, veriliş üçün ilk olaraq 2024-cü ildə anket doldurub və orada da “Rüfət Nasosnu” qeyd edilməyib: “Anketdə ad, soyad, ata adı qeyd edilir. Baxanlar da bilmir ki, yazan meyxanaçıdır, efirdə olan adamdır və s… Köhnə mobil telefonum vardı. Məhz bu verilişə görə onlarla danışmaq niyyəti ilə nömrə alıb aktiv etmişdim. Elə oldu ki, mobil telefonum köhnə olduğu üçün xarab oldu. Onlar fevral ayının 2-də cavab yazdılar, ancaq telefonu düzəltdirdiyimdə artıq ayın 18 idi. Onlarda da seçim turu ayın 17-18 idi. Artıq gecikmişdim. Zəng etdim “gecdir” cavabını aldım. Onda da mənim kimliyimi bilmirdilər. Yayda bir daha çağırdılar, çünki qeydiyyatım, dəvətim vardı. Ona görə getdim, 4 suala düzgün cavab verə bilmədim. Dedilər ki, mərhələni 4 suala da cavab versəydiniz, keçəcəkdiniz. Daha sonra hazırlaşıb qış fəslində müraciət etdim, imtahan verdim, keçdim. Nə zaman seçim turuna getmişəm, onlarla nələr danışmışam hər biri telefonumda var. “Rüfət bizimlə birlikdə imtahan vermişdi” deyə rəylərdə də qeyd edilib. Hamı kimi getdim, gözlədim. Səhər getmişəm, günorta mənə növbə çatıb. İkinci verilişin axırıncı adamı mən olmuşam, fərq qoymayıblar. Onların obyektivliyinə söz ola bilməz. Məni birinci dəvət etsəydilər də, qəbul etməzdim, kiminsə haqqında girə bilməzdim. Kimin haqqı idisə, onundur. Birinci, daha sonra ikinci verilişi çəkdilər. Mən bu verilişə 2021-ildən baxıram. Öz intellektual səviyyəm var, dostlar bilir. Orta məktəbdə intellektual yarışda qalib olmuşam, ali təhsilim var, Lənkəranda oxumuşam. Orada ümumşəhər “Pole çudes” keçirilib, qalibi olmuşam. Ümumşəhər “Uqaday melodiya” verilişi vardı, qalib seçilmişəm, şəkillərim var, hədiyyələr, xatirələr qalıb. İndi bu yaxınlarda məşhurluğumdan istifadə edib gedəcəm AzTv-yə arxivdə qalan verilişimiz var, onu tapıb paylaşacam”.

Meyxanaçı aparıcılıq fəaliyyətinə, sosial şəbəkədə “press kart”ın fotosunu paylaşdığına görə tənqid edilməsinə də münasibət bildirib: “Mənim meyxanaçı tərəfimi niyə fikirləşirlər? Niyə ali təhsilli tarixçi olduğumu demirlər. Əsas odur, təhqir etməsinlər. Adamlar var ki sosial şəbəkələrdə rast gəlirəm, görürsən ki, tərbiyəsizlik edirlər. Meyxanaçılıq işim deyil, anadan olandan meyxana fakültəsinə qəbul olub meyxanaçı olmamışam. Sadəcə, meyxananı da bacarıram. Tənqid, eyni zamanda, qərəzli tənqid də hər zaman olub. Meyxanaya təsadüfən gəlmişəm, bacardığım qədər deyirəm. Üzərinə düşsəydim, meyxanaçı olmaq istəsəydim, bir-ikincilərdən olardım. Sadəcə, başqa sahədə özümü göstərmək istəyirdim. Görmüsünüz ki, professor, millət vəkili gəlib aparıcını qərəzli tənqid etsin? Konkret səbəblərini sadalayar ki, burada səhv edib, orada düz danışmır və s. Oturub analiz edəndə də görərsən ki, düz danışır. İnsan gücü çatmayan, özündən yuxarıdakı adamın paxıllığını çəkir. Gələcəkdə də verilişlərlə bağlı planlarımız var ki, formatı dəyişək. O ki qaldı səs tembrinə, aparıcılıq üçün əsas göstərici deyil. O qədər əcnəbi aparıcılar var ki səsi məndən də qalındır, əsas təhsil, danışdığın söz, qanacaq-qabiliyyətin, həyat tərzin, ailəndir. Bunlar önəmlidir. İnsan keçmişdə hər cür səhv edə bilər. Əsl insan odur ki, səhvlərindən nəticə çıxarır. Düzgün həyat tərzi keçirən insan keçmişdə səhv edib sonradan düzgün həyat tərzi keçirən insanı keçmişinə görə qınayırsa, ən azından vicdansızdır. İnsanı keçmişinə görə qınamazlar ki adam nəticə çıxarıb özünə düzgün həyat yolu qurur”.

R. Nasosnu meyxana verilişlərinə aparıcılıq etmək niyyətində olmadığını qeyd edib: “Hələlik meyxana cəmiyyətində birlik yoxdur. Məsələn, Azərbaycan Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Aşıqlar Birliyi və s. var. “Meyxana Birliyi” də olsa, konkret səhv edənlərə qarşı tədbirlər görülüb, müəyyən çərçivədə cəzalar tətbiq olunmayanadək meyxana verilişlərində aparıcılıq düşüncəm yoxdur. Meyxana verilişləri normal səviyyədə deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2026 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri