Icma.az
close
up
RU
Ruhun diplomasiyası mədəniyyətin və yumşaq gücün dirçəlişi ŞƏRH

Ruhun diplomasiyası mədəniyyətin və yumşaq gücün dirçəlişi ŞƏRH

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bir araya gəldiyi 2025-ci il Zirvə görüşü — təkcə siyasi və diplomatik akt deyil, tarixə, qardaşlığa və gələcəyə ünvanlanan milli-siyasi manifest idi. Cənab Prezident İlham Əliyevin çıxışı, bu görüşü bir çağırışdan çox, yeni bir strateji nizamın başlanğıcı kimi təqdim etdi:

“ Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik. Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.” Bu rəmzi mənanı oxumaq üçün sadəcə hadisəyə baxmaq kifayət etmir – onun arxasında dayanan tarixi yaddaşı, geosiyasi mesajı və ideoloji ruhu anlamaq lazımdır. Laçın həm də siyasi ağılın mədəniyyətlə tamamlandığı yer oldu. Zirvə görüşünün digər bir möhtəşəm istiqaməti isə mədəniyyətin və mənəviyyatın dövlət siyasətində yeri ilə bağlı idi. Zirvə görüşündə siyasi və hərbi güclə yanaşı mədəni əlaqələrə də xüsusi yanaşma oldu. Cənab Prezident İlham Əliyevin çıxışı bunu dolğun şəkildə əks etdirir: “Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir. Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik. Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm. Hörmətli həmkarlar, Azərbaycan hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub.” Azərbaycan, Türkiyə və Pakistan – fərqli etnik və dil kimliklərinə malik olsalar da, ortaq mədəni kodlara, İslam dəyərlərinə və ədalət prinsipinə əsaslanan dövlətlərdir. Bu ortaq kodlar – muğamdan sufilik fəlsəfəsinə, Mehter marşından aşıq ədəbiyyatına, Lahorun poeziyasından Bakının xalçasına qədər yumşaq güc alətləridir. Bu güc, informasiya dövründə sərhədsiz yayılma imkanına malikdir. Mədəniyyət bu dövlətlərin yumuşaq silahıdır – qəlbləri fəth edən qüvvədir. Ortaq film istehsalları, mədəni festival formatında beynəlxalq platformalar, birgə universitetlər və tələbə mübadilə proqramları üçlük ölkələrinin yumşaq gücünə institusional baza qazandıracaqdır. “Akademik tərəfdaşlıqlar xalqlarımızı yaxınlaşdıracaqdır.” Bu çağırış yalnız siyasətçilərə yox, mədəniyyət adamlarına, media mütəxəssislərinə və alimlərə ünvanlanmış strateji mesajdır. Təbii ki, inanc və sülh – mənəviyyatın siyasi gücü danılmazdır. Cənab Prezident İlham Əliyevin Pakistan və Hindistan arasında gərginliklə bağlı dediyi sözlər, İslam dəyərlərinin diplomatiyadakı əhəmiyyətini ortaya qoydu: “Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülhün və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik. Bu o deməkdir ki, üç dövlət yalnız siyasi yox, əxlaqi və mənəvi məsuliyyət daşıyan güclərdir. Zirvədən yüksələn səs təkcə siyasi iradənin deyil, həm də mədəniyyətin, dəyərlərin və ruhun diplomatiyasının səsidir. Azərbaycan, Türkiyə və Pakistan bu səsi dünyaya həm ağılla, həm qəlblə, həm də ruhla çatdırır. Ən əsası isə Laçın görüşü, təkcə təqvimdə bir tarix deyil.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri