Icma.az
close
up
RU
Zəriflik və gücün vəhdəti ŞƏRH

Zəriflik və gücün vəhdəti ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız bir bayram günü deyil; bu tarix Azərbaycan qadınının gücünü, zəkasını, sədaqətini və dövlətçilik ənənələrində oynadığı əvəzsiz rolu xatırladan xüsusi bir gündür.

Bu bayramda Azərbaycan qadınından danışmalı olsaq, onun haqqında yalnız bir neçə söz demək kifayət etməz. Çünki Azərbaycan qadını bir obrazdan daha çox, bütöv bir dəyər sistemini, mənəviyyatı və millətin ruhunu özündə daşıyan bir şəxsiyyətdir.

Azərbaycan qadını əsrlər boyu ailənin mənəvi dayağı, cəmiyyətin tərbiyəçisi və millətin gələcəyini formalaşdıran ən mühüm qüvvələrdən biri olmuşdur. O, yalnız ana deyil – o, həm də müəllimdir, alimdir, dövlət xadimidir, ziyalıdır və xalqın taleyinə biganə qalmayan bir vətəndaşdır. Tariximizin müxtəlif mərhələlərində Azərbaycan qadını öz müdrikliyi, iradəsi və yüksək mənəvi keyfiyyətləri ilə millətin inkişafına böyük töhfələr vermişdir.

Azərbaycan qadınının gücü yalnız ailə institutunda deyil, həm də milli maarifçilik tarixində özünü aydın şəkildə göstərmişdir. Çətin və mürəkkəb dövrlərdə belə elmə, təhsilə və tərəqqiyə xidmət edən maarifçi xanımlar cəmiyyətin düşüncə tərzinin dəyişməsində, qadın təhsilinin inkişafında və milli oyanış prosesində mühüm rol oynamışlar. Onların fəaliyyəti Azərbaycan qadınının yalnız ailənin deyil, həm də cəmiyyətin intellektual inkişafında aparıcı qüvvə olduğunu sübut etmişdir.

Azərbaycan qadını zərifliyi ilə yanaşı böyük cəsarət və vətən sevgisi ilə də seçilir. Tariximizin müxtəlif dövrlərində, xüsusilə də Vətən uğrunda aparılan mübarizələrdə qadınlarımızın göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında xüsusi yer tutur. Qarabağ uğrunda canından keçən qadın qəhrəmanların şücaəti Azərbaycan qadınının iradəsinin, qətiyyətinin və vətənə bağlılığının ən uca nümunəsidir. Onların qəhrəmanlığı göstərir ki, Azərbaycan qadını yalnız həyat bəxş edən ana deyil, eyni zamanda Vətən uğrunda mübarizə aparan cəsur bir şəxsiyyətdir.

Azərbaycan qadını həm də qəhrəmanların, şəhidlərin anasıdır. Bu torpağın igid oğullarını böyüdən, onların qəlbinə Vətən sevgisini aşılayan da məhz Azərbaycan anasıdır. Azərbaycan dövlətçiliyinin taleyində mühüm rol oynamış böyük şəxsiyyətlərin arxasında da belə müdrik və fədakar analar dayanır. Fenomen şəxsiyyət olan Ümummilli Lider Heydər Əliyevi dünyaya bəxş edən İzzət xanımın, bu gün Azərbaycan Respublikasnın Prezidenti, Ali Baş Komandanı olan cənab İlham Əliyevin anası Zərifə xanımın timsalında Azərbaycan anasının böyüklüyü və ucalığı bir daha aydın görünür.

Azərbaycan qadınının ziyalılığı və elmi potensialı da milli inkişaf tariximizdə mühüm yer tutur. Elmə, səhiyyəyə, mədəniyyətə və humanitar fəaliyyətə həyatını həsr edən qadın ziyalılarımız cəmiyyət üçün örnək olan şəxsiyyətlər kimi yadda qalmışlar. Onların fəaliyyəti Azərbaycan qadınının yalnız mənəvi dayağı deyil, həm də düşünən və yaradan bir qüvvə olduğunu nümayiş etdirir.

Bu gün Azərbaycan qadını ictimai, humanitar və dövlətçilik fəaliyyətində fəal iştirak edir. Mədəni irsin qorunması, təhsil və səhiyyə layihələri, sosial təşəbbüslər və xeyriyyəçilik fəaliyyəti qadınlarımızın cəmiyyət qarşısında daşıdığı məsuliyyətin bariz göstəricisidir. Bu fəaliyyət göstərir ki, Azərbaycan qadını zərifliklə yanaşı böyük təşkilatçılıq qabiliyyətinə, uzaqgörən düşüncəyə və yüksək humanizmə sahibdir.

Müasir dövrdə Azərbaycan qadınının dövlət və cəmiyyət həyatındakı fəallığının parlaq nümunələrindən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində öz əksini tapır. Onun təşəbbüsü ilə həyata keçirilən humanitar layihələr, mədəni irsin qorunmasına, təhsilin və səhiyyənin inkişafına yönəlmiş proqramlar cəmiyyətə xidmətin bariz nümunəsidir. Mehriban xanım Əliyevanın fəaliyyəti göstərir ki, Azərbaycan qadını zərifliyi ilə yanaşı yüksək təşkilatçılıq bacarığına, humanist düşüncəyə və böyük ictimai məsuliyyət hissinə malikdir. Bu fəaliyyət Azərbaycan qadınının dövlətçilik ənənələrinə sədaqətini və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti aydın şəkildə nümayiş etdirir.

Azərbaycan qadını zərifliyi ilə yanaşı güclü iradəsi, milli dəyərlərə bağlılığı və yüksək mənəviyyatı ilə seçilir. O, həm ənənələrin qoruyucusu, həm də gələcəyə aparan inkişafın daşıyıcısıdır.

8 Mart münasibətilə bütün qadınları ürəkdən təbrik edir, onlara sağlamlıq, xoşbəxtlik və uğurlar arzulayırıq. Qadının gücü cəmiyyətin gücüdür, qadının müdrikliyi isə millətin sabahıdır.

Leyla Hüseynova

YAP Yasamal rayon AMEA A.A.Bakıxanov ad. Tarix və Etnologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Mart 2026 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri