Icma.az
close
up
RU
Xocalı Memorialı əyilməz ruhun təcəssümü ŞƏRH

Xocalı Memorialı əyilməz ruhun təcəssümü ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimindəki çıxışı Azərbaycan xalqının yaddaşına, milli qüruruna və əyilməz ruhuna ünvanlanmış mühüm tarixi müraciət kimi dəyərləndirilə bilər. Bu çıxış yalnız bir abidənin açılışı münasibətilə söylənilən nitq deyil, eyni zamanda xalqımızın keçdiyi ağır, keşməkeşli yolun, çəkdiyi ağrı-acıların və qazandığı tarixi ədalətin ifadəsidir.

Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. 1992-ci ilin fevralında baş verən soyqırımı nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirilmişdir. Bu faciə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Prezident İlham Əliyev çıxışında Xocalı qurbanlarının əziz xatirəsinin heç zaman unudulmayacağını, onların qanının yerdə qalmadığını və tarixi ədalətin bərpa olunduğunu xüsusi vurğulamışdır.

Xocalı Soyqırımı Memorial Kompleksi sadəcə bir memarlıq nümunəsi deyil. Bu kompleks xalqımızın yaddaş abidəsi, milli kimliyimizin və mübarizə əzmimizin rəmzidir. Memorialın timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki xalqımız nə qədər ağır sınaqlarla üzləşsə də, heç vaxt öz inamını, torpağa bağlılığını və azadlıq arzusunu itirməmişdir. Prezident çıxışında bildirmişdir ki, Azərbaycan xalqı faciələrlə üzləşsə də, sınmadı, əksinə daha da gücləndi.

Xüsusilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Xocalı qurbanlarının ruhuna ən böyük təsəlli oldu. Bu zəfər göstərdi ki, ədalət gec də olsa qalib gəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti həm hərbi, həm siyasi müstəvidə öz gücünü nümayiş etdirdi və uzun illər işğal altında qalmış torpaqlar azad edildi. Bu gün Xocalıda memorialın ucaldılması həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə həqiqətlərin çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Memorial Kompleksi həm də birliyimizin rəmzidir. Çünki Xocalı ağrısı hər bir azərbaycanlının ortaq dərdidir. Bu abidə qarşısında insanlar yalnız keçmişi xatırlamır, eyni zamanda gələcəyə daha böyük inamla baxırlar. Prezidentin çıxışında səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt baş əyməyib və bundan sonra da əyməyəcək. Əyilməz ruhumuz, sarsılmaz iradəmiz və milli həmrəyliyimiz bizi bütün çətinliklərdən qalib çıxarıb.

Xocalı Soyqırımı Memorialı gələcək nəsillər üçün həm dərs, həm də and yeridir. Bu kompleks bizə xatırladır ki, azadlıq və müstəqillik asanlıqla qazanılmayıb.

Hər daşında şəhidlərin xatirəsi, hər detalında xalqımızın mübarizə tarixi yaşayır. Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı da məhz bu ideyanı - xalqımızın sınmaz iradəsini və ədalətə olan inamını - bir daha dünyaya bəyan etdi.

Nəticə etibarilə, Xocalı Soyqırımı Memorial Kompleksi Azərbaycan xalqının əyilməz ruhunun, milli qürurunun və tarixi ədalətinin təcəssümüdür. Bu abidə keçmişimizin ağrılarını yaşatsa da, eyni zamanda gələcəyimizin gücünü və birliyini nümayiş etdirir. Azərbaycan xalqı öz tarixini unutmur, şəhidlərinin xatirəsini daim uca tutur və əyilməz ruhu ilə daim irəliyə doğru addımlayır.

Ehtibar İsmayılov

YAP Ordubad rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2026 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri