Icma.az
close
up
RU
Rumıniya yığmasında Luçeskunun aqibəti bəlli oldu

Rumıniya yığmasında Luçeskunun aqibəti bəlli oldu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gələn ay DÇ-2026-nın pley-offunda səfərdə Türkiyəyə qarşı çox mühüm bir oyuna çıxacaq Rumıniya yığmasında baş məşqçi mövzusu ətrafında yaşanan qeyri-müəyyənliyə son qoyulub.

Xatırladaq ki, rumınların 80 yaşlı çalışdırıcısı Mirça Luçesku son vaxtlar səhhəti ilə bağlı problemlər yaşayırdı. O, son olaraq yenidən müayinə olunmaq üçün Brüsselə yollanmışdı. Hətta Luçeskunun yerinə bu vəzifəyə Mihai Stoykitsenin gətiriləcəyi iddia edilmişdi. Amma təcrübəli mütəxəssis Belçikanın paytaxtından qayıtdıqdan dərhal sonra Rumıniya Futbol Federasiyasının rəsmiləri ilə görüş keçirib və qətiyyətli şəkildə səhhətinin onun işinə mane olmadığını bildirib. Federasiya da rəsmi bəyanat yayaraq Luçeskunun işinə davam edəcəyini açıqlayıb.
Ünlü mütəxəssis özü də açıqlama verərək bunları deyib:

''Bu gündən etibarən yeganə önəmli şey komandanın pley-off matçlarına hazırlığıdı. Həm köməkçilərim, həm də futbolçularla hər zaman ünsiyyətdəyəm. Dəyərli futbolçulardan qurulan komandamız var və qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlaşacağımıza əminəm. Futbolçular istedadlarının fərqindədi və xalqımızı sevindirmək üçün əllərindən gələni edəcəklər. Bu işi birlikdə bacaracağımıza əminəm. İndi isə Rumıniya futbolu üçün mühüm əhəmiyyət kəsb edən bu matçlara düzgün atmosferdə hazırlaşmalıyıq''.


Qeyd edək ki, martın 26-da ''Beşiktaş''ın ev oyunlarını keçirdiyi ''Tüpraş Stadionu''nda baş tutacaq Türkiyə - Rumıniya duelinin qalibi həlledici görüşdə Slovakiya - Kosovo cütünün qalibi ilə qarşılaşacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Fevral 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri