Rumıniyalı nazir: Ümid edirik ki, Aİ nin qrantları Yaşıl Dəhliz in maliyyələşdirilməsini təmin edəcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Orta Dəhliz təkcə Azərbaycan üçün deyil, Avropa ölkələri üçün də vacib rol oynayır. Düşünürəm ki, onun təsiri bütün dünyaya yayılır".
“APA-Economics” xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja deyib.
O həmçinin bildirib ki, Yaşıl Dəhliz çox iddialı layihədir. Bu, dünyanın ən uzun sualtı kabeli olacaq – 1,100 kilometr uzunluğunda və ehtimal ki, 10 milyard avrodan çox dəyərə malikdir.
“Hazırda bununla bağlı tədqiqatın yekunlaşdırılmasına yaxınlaşırıq. Daha sonra isə maliyyələşdirməni təmin etməliyik. Ümid edirik ki, Avropa İttifaqı qrantları layihənin böyük hissəsini əhatə edəcək və biz onu həyata keçirə biləcəyik. Bu, hər iki tərəf üçün enerji təhlükəsizliyini artıracaq, daha ucuz və eyni zamanda təmiz enerji əldə etməyə imkan verəcək. Bu, həqiqətən də hər kəs üçün qazanc deməkdir”- Rumıniyalı nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Aprel 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















