Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”

Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin noyabrında Bakıda böyük uğurla baş tutan COP29 şərçivəsində Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının həyata keçirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, bu günlərdə Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə  “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənəd imzalanıb.  Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.

Dost ölkələrin geniş potensialı

Xəzər sahillərindən Avropayadək uzanacaq “yaşıl dəhliz” layihəsi hazırlanarkən və COP29 iqlim konfransında dövlət başçıları tərəfindən müvafiq sənəd imzalanarkən müasir çağırışlar və üç dost ölkənin alternativ enerji sahəsində geniş potensialı əsas götürülüb. Məlumdur ki, hazırda qlobal enerji bazarında sürətli transformasiyalar gedir. Bir tərəfdən, ölkələr üçün enerji təhlükəsizliyinin önəmi artır. Digər tərəfdən isə qlobal istiləşmə,ekoloji fəlakətlərin artması nəzərə alınmaqla enerji istehsalında bərpa olunan enerji mənbələrdən (BOEM) daha geniş istifadə olunması prioritet kimi qəbul edilir. Beləliklə, “yaşıl enerji”yə keçid dünya üçün yeni bir vazkeçilməz çağırışdır.

Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olunmuş ərazilərimizdə, Naxçıvanda bərpa olunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt təşkil edir.

Xəzərin digər sahillərində yerləşən Qazaxıstan və dost Özbəkistan da böyük həcmlərdə bərpa olunan enerji potensialına malikdirlər. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə BOEM ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək enerjisi potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi potensialı isə 1 trilyon kilovat/saatdır.

Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında BOEM-in payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir ki, bunlar da kifayət qədər böyük həcmlərdir.

Regional enerji həmrəyliyi - Avropa və təchizatçı ölkələr üçün yaranan yeni fürsətlər

Yeni “yaşıl enerji” dəhlizi layihəsinin önəmini müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Burada üç mühüm məqsədi isə ayrıca qeyd etmək lazımdır. Energetika Nazirliyində baş tutan tədbirdə vurğulandığı kimi, layihənin icrası

-enerji təhlükəsizliyinin təmin edilməsində,

-ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə çatılmasında,

-”yaşıl enerji” gündəliyinin inkişaf etdirilməsində  vacib rol oynayacaq. Layihənin icrası ilə enerji səmərəliliyini yüksəldə və “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıra bilən inteqrasiya edilmiş regional şəbəkənin yaradılması istiqamətində mühüm addım atılmış olacaq. Eləcə də dost ölkələr arasında iqtisadi inteqrasiya daha da dərinləşəcək.

Azərbaycan üçün yaranan fürsətlər daha böyükdür. İndiyədək respublikamız Avropanın ənənəvi yanacaq resursları ilə təchizatında fəal rol oynayıb və hazırda da öz öhdəliklərinə sadiqliyini davam etdirir. Bundan başqa, respublikamız Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz marşrutları üzərində çox mühüm bir məntəqədir. Bundan sonra isə Azərbaycan həm də Mərkəzi Asiya regionu ilə Avropa arasında “yaşıl enerji” tranziti ölkəsinə çevriləcək.

Layihənin Avropa üçün də böyük önəmi var. Üç dost ölkənin bəhs olunan istiqamətdə həmrəyliyi “qoca qitə”nin  enerji xəritəsini əhəmiyyətli dərəcədə yeniləyəcək. Diversifikasiya edilmiş təchizat mənbələri və daşıyıcı xətlər Avropa üçün həyati əhəmiyyət daşıyır.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 İyul 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri