Icma.az
close
up
RU
Sualtı “yaşıl dəhliz” tezliklə gerçəkləşəcək

Sualtı “yaşıl dəhliz” tezliklə gerçəkləşəcək

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi üzrə nazirlər görüşünün prioritetləri müəyyən edilib

Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizinin iştirakçı ölkələri Bakıda mart ayının əvvəlində keçirilməsi planlaşdırılan nazirlər görüşündən əvvəl həll edilməli olan əsas prioritetləri müəyyənləşdirib. Bununla bağlı müvafiq qərar “Yaşıl Enerji Dəhlizi” birgə müəssisəsinin işçi qrupunun iclasında energetika nazirlərinin müavinləri tərəfindən qəbul ediliblər.

Toplantıda Qara dəniz kabeli və Mərkəzi Asiya–Azərbaycan Trans-Xəzər yaşıl enerji kabeli layihələri arasında potensial sinerji məsələləri müzakirə edilib. Görüşün sonunda gələcək fəaliyyətin əsas istiqamətləri və prioritet vəzifələr müəyyən edilib. Qara dəniz enerji dəhlizi üzrə nazirlər görüşü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü görüşü zamanı keçiriləcək.

2022-ci ildə Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sənəd Avropaya “yaşıl enerji” dəhlizinin yaradılması yolunda mühüm addım olub. Xəzər–Qara dəniz–Avropa “yaşıl” dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu isə 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb.

Xatırladaq ki, Qara dəniz sualtı kabel layihəsi Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1155 kilometrdən çox olacaq (1115 kilometr suyun altında və 40 kilometr quruda), gərginliyi 525 kilovolt, gücü isə 1300 meqavat olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə “Xəzər yaşıl enerji dəhlizi” təşəbbüsünün birinci mərhələsinin başlanması barədə razılığa gəlinib. Tərəflər 3 ölkənin enerji sistemlərinin inteqrasiyasını və Avropaya bərpaolunan enerji tədarükü marşrutunun yaradılmasını nəzərdə tutan layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair əməkdaşlıq sazişi imzalayıblar. Bu təşəbbüs üç ölkənin liderlərinin 2024-cü ilin noyabrında COP29 çərçivəsində imzaladıqları “yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq haqqında sazişin davamı olub.

Bir məqamı da qeyd edək ki, ölkəmizin günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində yaratdığı Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi gələcəkdə Xəzər–Qara dəniz dəhlizi ilə əlaqələndirilə bilər. Bu isə Mərkəzi Asiyanın böyük regionlarının iki dəniz vasitəsilə Avropa ilə birləşdirilməsini təmin edəcək.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri