Rumıniyanın prezidentliyə sabiq namizədi barədə məhkəmə qərarı açıqlandı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Buxarest Məhkəməsi Rumıniya prezidentliyinə sabiq namizəd Kelin Corcesku barəsində məhkəmə nəzarəti tədbirini qüvvədə saxlayıb.
Oxu.Az xəbər veriri ki, bu barədə "Agerpres" xəbər yayıb.
Məhkəmə qərarına əsasən, Corceskuya tətbiq olunmuş nəzarət tədbiri növbəti iclasa qədər, lakin 60 günü keçməmək şərtilə davam edəcək. Onun bu tədbirin ləğvi ilə bağlı müraciəti isə əsassız sayılaraq rədd edilib. Qərar yekun deyil və apellyasiya şikayəti verilə bilər.
Corceskuya qarşı faşizm və nifrət yönümlü ideyaların təbliği, habelə insanlığa qarşı cinayətlər törətmiş şəxslərin kultunu yaymaq ittihamları irəli sürülüb. Prokurorluğa görə, o, 2020-2025-ci illər ərzində faşist marşal İon Antoneskunu təbliğ edib və legioner hərəkatını reabilitasiya etməyə çalışıb.
Bundan əlavə, ona qarşı konstitusiya quruluşuna qarşı çağırışlar da daxil olmaqla altı maddə üzrə ittiham irəli sürülüb. İddialara görə, Corcesku prezident seçkilərinin birinci turunun nəticələri ləğv edildikdən sonra muzdlu döyüşçülərlə ölkədə sabitliyi pozmağa hazırlaşırmış.
Hazırda onun ölkədən çıxması qadağandır, mütəmadi olaraq polis və məhkəməyə getməsi tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 07 İyul 2025 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















