Icma.az
close
up
RU
Moldova ilə Rumıniyanın birləşməsi...

Moldova ilə Rumıniyanın birləşməsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Sandu dəstəkləyir - Buxarest susur...

Moldova ilə Rumıniya arasındakı ənənəvi birləşmə məsələsi yenidən aktuallaşır. Qeyd edək ki, bu mümkün birləşmə haqqında fikir mübadilələləri son illərdə Cənub-Şərqi Avropanın ən çox müzakirə olunan mövzularından birinə çevrilib. Tarixən eyni köklərdən gələn, dil, mədəniyyət və milli kimlik baxımından bir-birinə çox yaxın olan bu iki dövlətin münasibətləri, həm regionun tarixi gedişatı, həm də geosiyasi reallıqlar nəticəsində fərqli trayektoriyalar üzrə inkişaf edib. Moldova SSRİ-nin dağılmasından sonra müstəqil dövlət kimi formalaşsa da, Rumıniya Avropa İttifaqı və NATO üzvlüyü ilə fərqli inteqrasiya yolunu seçib. Buna baxmayaraq, həm ictimai rəydə, həm də siyasi müstəvidə zaman-zaman “yenidən birləşmə” ideyası gündəmə gəlir və müxtəlif dalğalarla gündəmin ön sıralarına çıxır. Bu məsələ yalnız tarixi yaddaşla bağlı nostalji deyil, həm də iqtisadi, siyasi və təhlükəsizlik aspektlərindən Avropanın gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Amma bununla bağlı keçirilən sorğuların nəticələri  pozitiv deyil -  ötən il “iData”nın keçirdiyi sorğuya əsasən, moldovalıların əksəriyyəti Rumıniya ilə birləşməyə qarşıdır.

Referendum keçirilsə...

Bu dəfə məsələni gündəmə gətirən Moldova prezidenti Maya Sandu olub - o, “The Rest is Politics” podkastında bildirib ki, referendum keçiriləcəyi təqdirdə Rumıniya ilə birləşməyə səs verəcək. “Əgər referendum keçirilərsə, mən Rumıniya ilə birləşməyə səs verəcəyəm. Moldova kimi kiçik bir ölkənin demokratiya və suveren dövlət kimi yaşaması getdikcə çətinləşir”, - deyə Sandu vurğulayıb.

Prezident hesab edir ki, 1980-ci illərdə milli dirçəliş hərəkatını dəstəkləyən çoxsaylı insan nəzərə alınmaqla, həmin vaxt Rumıniya ilə birləşməyə dair referendum keçirilə bilərdi. “1980-ci illərin sonlarında milli dirçəliş hərəkatları var idi və təbii ki, Moldova əvvəllər Rumıniyanın bir hissəsi olduğundan Rumıniya ilə birləşməyə dair müzakirələr aparılırdı. Lakin o vaxt referendum keçirilmədiyi üçün neçə nəfərin səs verəcəyini bilmirdik”, - deyə o qeyd edib. Sandu bildirib ki, Moldova kimi bir ölkənin yaşaması, demokratiya, suveren dövlət kimi mövcud olması getdikcə çətinləşir: “Lakin Moldova prezidenti kimi başa düşürəm ki, Rumıniya ilə birləşməyi dəstəkləyən əksəriyyət yoxdur, amma AB-yə qoşulmağı dəstəkləyən əksəriyyət var və biz bu məqsədə çatmaq üçün çalışırıq. Bu, suverenliyimizi qorumağımıza kömək edən daha real bir məqsəddir”, - deyə o əlavə edib.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Rumıniyanın o vaxtkı baş naziri Marsel Çolaku Moldovada “yalnız rumınların” yaşadığını elan etmişdi. “Moldovalılar yoxdur, Moldova dili yoxdur, bu rumın dilidir və bunlar rumınlardır”, - deyə o bildirmişdi. Bu isə, Moldovada etirazlara səbəb olmuşdu.

Xatırladaq ki, ötən il sentyabrın sonlarında Rumıniyanın ifrat sağçı qrupları Moldova ilə birləşməyə çağırış ediblər. Buxarestdə yerləşən “Avangarde” sosioloji şirkəti tərəfindən aparılan sorğu göstərir ki, rumınların təxminən yarısı Moldova ilə birləşməyi dəstəkləyir.

Müxalifət etiraz edir...

Müxalifət isə Prezident Sandunun fikirləri ilə razı deyil - müxalif siyasətçi İlan Şor Maya Sandunun Rumıniya ilə mümkün birləşmə ilə bağlı açıqlamalarını Moldovanı “öldürmək” istəyinin sübutu kimi təsvir edib. O, Moldova prezidenti Maya Sandunun ölkənin Rumıniya ilə mümkün birləşməsini dəstəkləyən son açıqlamalarına münasibət bildirərkən bu açıqlamaların dövlət başçısının Moldovanı müstəqil dövlət kimi ləğv etmək niyyətinin etirafı kimi göstərib. Siyasətçi özünün “Telegram” kanalında yazıb: “Qatil nəhayət ki, bir məqsədlə gəldiyini etiraf etdi: Moldovanı öldürmək”.

Tarixi bağlılıq...

Qeyd edək ki, hazırda fərqli müstəqil siyasi subyekt kimi fəaliyyət göstərən Moldova və Rumıniya tarixin bir çox dönəmlərində bir dövlətin daxilində və ya bir dövlət statusunda olublar. XIX əsrin əvvəlində bugünkü Rumıniyanın şimal-şərqini təşkil edən Moldaviya Knyazlığı (Prutun qərbi) ilə bugünkü Moldovanın böyük hissəsi - Bessarabiya (Prutun şərqi) eyni siyasi-mədəni arealda idi, lakin Bessarabiya 1812-ci ildə Rusiyaya verildi. Prutun qərbindəki Moldova 1859-cu ildə Valaxiya ilə birləşib Rumıniyanı formalaşdırdı.

Birinci Dünya müharibəsindən sonra Bessarabiya Parlamenti 27 mart 1918-ci ildə Rumıniya ilə birləşmə qərarı verdi. Beləliklə, bugünkü Moldovanın böyük hissəsi 1918-1940-cı illərdə Rumıniyanın tərkibində oldu. II Dünya Müharibəsi öncəsi Molotov-Ribbentrop xətti fonunda SSRİ Bessarabiyanı özünə ilhaq edərək Moldaviya Sovet Sosialist Respublikasını yaratdı. Müharibədən soqnra da Moldaviya SSR SSRİ tərkibində qaldı.

1991-ci ildə SSRİ dağılanda Moldova da digər müttəfiq respublikalar kimi müstəqilliyini elan etdi. Həmin dövrdə sosialist siyasi ideologiyasından imtina edən Rumıniya isə NATO (2004) və Aİ (2007) yolunu tutdu.

1990-cı ilin mayında Prut üzərində simvolik sərhəd açılışı, baş tutdu. “Güllər Körpüsü” (Podul de Flori) ilə milyonlarla insan bir-birini vizasız ziyarət etdi. O dövrün emosional fonu birləşmə ideyasını gücləndirmişdi. 1990-lar və 2000-lərdə bununla bağlı vətəndaş cəmiyyəti təşəbbüsləri (mitinqlər, imza kampaniyaları) fasilələrlə davam etdi. 2018-ci ilin “Böyük Birləşmə”nin 100 illiyi ərəfəsində Moldova daxilində 100-dən çox bələdiyyə simvolik “birləşmə bəyannamələri” qəbul etdi. Eyni ildə Alba İuliyadan Kişinyova doğru “İğlımlı əsr yürüşü” (“Marşul Centenarului”) keçirildi.

Birləşmə siyasi xətti ölkələrdə siyasi platformada da siraət etmişdi - Moldovada 2019-cu ildə bir neçə unionist güc “UNIREA” blokunda birləşdi (partiyalar və QHT-lər koalisiyası), lakin seçkilərdə geniş kütlə dəstəyi toplaya bilmədi.

Kim birləşmə istəyir?

Vurğulandığı kimi, birləşmə ilə bağlı müxtəlif siyasi hərəkatlar və partiyalar yaradılıb. Məsələn, Moldovada ən populyar birləşmə tərəfdarı kimi “Partidul Unitatii Nationale” (PUN) çıxış edir. Onlar açıq unionist xətt tutur, müxtəlif illərdə parlamentdənkənar kampaniyalar, mitinqlər, informasiya aksiyaları təşkil ediblər. Hər iki ölkədə fəaliyyət göstərən “AUR” partiyası da fərqli zamanlarda həm Moldovada, həm də Rumıniyada aktiv küçə siyasəti ilə məşğul olublar. Bu sıraya Liberal Parti (PL) və vətəndaş platformalarını (ODIP/Unirea və s.) da əlavə etmək olar. Bu prosesə ictimai dəstək isə birmənalı deyil - məsələn, 2021-ci ilin yazında keçirilmiş iData sorğusunda təxminən 44 faiz dəstək qeydə alınmışdı. Sonrakı dövrlərdə bu dəstək 30-40 faiz arasında dəyişib. Maraqlıdır ki, ölkələrin əsas böyük siyasi blokları həm “birləşməyə hə”, həm də “müstəqilliyə sadiqlik” xəttini müdafiə edirlər.

“Dnestryanı” problemi

Iki dövlətin birləşməsində siyasi maneələr də az deyil. Məsələn, bölgədə hələ də həllini tapmamış siyasi problemlər mövcuddur. Tanınmamış “Dnestryanı” (Transnistriya) bölgədə rus hərbi kontingenti mövcuddur və buradakı siyasi problem həll edilməyib. Moldovalı siyasi ekspertlər özləri də etiraf edirlər ki, problem tək bu, deyil - muxtar Qaqauziyada da Moskva meylli qüvvələr mövcuddur. Birləşmə baş verərsə, anti-NATO/anti-Aİ ritorikası kəskinləşə bilər. Unutmaq olmaz ki, Rumıniya NATO üzvüdür; birləşmə ssenarisi NATO sərhədinin “Dnestryanı” münaqişə zonasına “toxunması” deməkdir.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see795

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see711

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see259

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see254

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see251

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see241

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see233

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see228

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see222

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see203

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see190

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see189

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see188

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see186

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see183

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see182

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see179

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see174

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see168

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri