Icma.az
close
up
RU
Rumıniyanın xəbər portalı Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayıb

Rumıniyanın xəbər portalı Azərbaycanın şərabçılıq ənənələri barədə məqalə yayıb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Buxarest, 20 may, AZƏRTAC

Dünyanın ən böyük şərab çəlləyi rəsmi olaraq “Guinness World Records” tərəfindən qeydə alınıb və hazırda Azərbaycanın məşhur “Savalan Aspi Winery” şərab zavodunda sərgilənir.

AZƏRTAC xəbər verir ki, bu unikal layihə haqqında Rumıniyanın “g4food.ro” xəbər portalı məqalə yayıb. Məqalədə bildirilir ki, İtaliyanın “Garbellotto Botti” şirkəti tərəfindən istehsal olunan çəlləyin həcmi 60.000 litrdən çoxdur. Çəllək yüksək keyfiyyətli palıd ağacından hazırlanıb və hər bir doqanı 5 metrdən uzun, 85-100 mm qalınlığında olub. Layihənin həyata keçirilməsi üçün palıd ağacının 5 il hava şəraitində quruması təmin edilib və çəlləyin yığılması üçün 50 ustanın əməyindən istifadə olunub.

Qeyd olunub ki, unikal ölçülərinə görə, çəlləyin istehsalında robotlaşdırılmış texnologiyalar tətbiq olunmayıb, bütün işlər ənənəvi əl əməyi ilə yerinə yetirilib. Əvvəlcə çəllək İtaliyada yığılıb, sonra sökülərək Azərbaycana gətirilib və burada 4 nəfər yüksəkixtisaslı usta tərəfindən bir neçə həftə ərzində yenidən quraşdırılıb.

Diqqətə çatdırlıb ki, Azərbaycan – Qafqaz dağlarının ətəklərində yerləşən bu qədim diyar – şərabçılıq tarixinin ən qədim beşiklərindən biri hesab olunur. Son arxeoloji tapıntılar yerli əhalinin Neolit dövründə, yəni 6.000 ildən çox əvvəl şərab istehsalı ilə məşğul olduğunu sübut edir. Bu isə onu göstərir ki, şərabçılıq Qərbi Avropadan əvvəl məhz bu ərazidə formalaşmağa başlayıb.

Sovet dövründə Azərbaycan şərabçılığı sənayeləşmiş və standartlaşdırılmış istehsala yönəldildiyi üçün məhsulun keyfiyyəti və imici xeyli zərər görmüşdü. Lakin “Savalan Aspi Winery” zavodunda qurulmuş bu nəhəng çəllək bir simvol olaraq, Azərbaycan şərabçılığının dirçəlişi və tarixi mirasının yenidən bərpası istiqamətində atılan mühüm addımdır.

Məqalədə vurğulanıb ki, bu layihə Azərbaycanın qədim şərabçılıq ənənələrini dünyaya tanıtmaq və ölkənin bu sahədəki mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri