Rumıniyanın yeni hökumətinin formalaşdırılması ilə bağlı danışıqlar mayın 27 də başlayacaq
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rumıniyanın yeni seçilmiş Prezidenti Nikuşor Dan mayın 27-də yeni hökumətin formalaşdırılması üçün parlamentdəki siyasi partiyalarla danışıqlara başlamağı planlaşdırır. SİA bu barədə TASS-a istinadən xəbər verir.
Dan bildirib ki, baş nazir postuna namizədi hazırkı Baş nazir səlahiyyətlərini icra edən İliye Bolojan olaraq qalır.
Onun fikrincə, hökumətin sabitliyi həm də iqtisadi məsələdir.
“Sabitlik nümayiş etdirirsənsə, Rumıniyanın götürdüyü kreditlər üzrə faiz dərəcələri aşağı olacaq, investorlar Rumıniyaya gəlməyə daha həvəsli olacaqlar, çünki onlar azlıq hökümətinin 4-8 ay ərzində gedə biləcəyindən qorxmayacaqlar. Ona görə də hesab edirəm ki, parlamentdə çoxluq təşkil edən hökumət əldə etmək vacibdir”, - o deyib.
Yeni seçilmiş prezident həmçinin mayın 25-də Polşaya səfər edəcəyini, bu ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində iqtidardakı “Vətəndaş koalisiyası”nın namizədi, Varşava meri Rafal Tşaskovskiyə dəstək məqsədilə keçiriləcək seçkiqabağı mitinqdə iştirak edəcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 24 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















