Icma.az
close
up
RU
Rumıniyanın yeni prezidenti Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı mövqeyini açıqladı

Rumıniyanın yeni prezidenti Ukraynaya sülhməramlı göndərilməsi ilə bağlı mövqeyini açıqladı

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rumıniyanın yeni seçilmiş prezidenti Nikuşor Dan Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə münasibət bildirib və müharibənin sonu ilə bağlı proqnoz verib.

Qaynarinfo xəbər verir ki, "Politico” nəşrinə verdiyi müsahibədə Dan vurğulayıb ki, Rumıniya Ukraynaya öz ərazisindən dəstəyini gücləndirməyə hazırdır, lakin münaqişəyə birbaşa hərbi müdaxiləni "uyğun saymır”.

"Ukraynada sülhə zəmanət verəcək orduların tərkibində yer almaq – yox. Məncə, bu, Rumıniya ilə Rusiya arasında mövcud olan gərginlik səbəbindən o qədər də yerində olmazdı”, – deyə o bildirib.

Eyni zamanda Dan, Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə razılaşma əldə etmək cəhdlərini də tənqid edib. Onun sözlərinə görə, Putinin qeyri-realist tələbləri sülh perspektivlərinə heç bir fayda vəd etmir.

Dan qeyd edib ki, münaqişənin həlli ilə bağlı məsələlərdə "Ukraynaya aid olan hər şey yalnız ukraynalılar tərəfindən müəyyənləşdirilməli və razılaşdırılmalıdır”. O, yaxın zamanda müharibənin başa çatacağını gözləmədiyini də bildirib.

"Mən çox nikbin deyiləm ki, yaxın zamanlarda sülh bərqərar olacaq. Amma eyni zamanda məmnunam ki, Avropa ölkələri birlikdə Ukraynaya dəstəyi davam etdirmək qərarı veriblər – ta ki, özləri üçün ən məqbul sülhə nail olana qədər”, – deyə Rumıniya lideri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Almaniya kansleri Fridrix Mers, hazırda Avropa Ukraynaya sülhməramlı qüvvələrin yerləşdirilməsi barədə müzakirələrdən uzaq olduğunu və əsas məqsədin atəşkəsin təmin olunması olduğunu bəyan edib. Çexiya prezidenti Petr Pavel də öz ölkəsinin hələlik Ukraynaya hərbi kontingent göndərmək barədə açıq danışmağa hazır olmadığını deyib.

Eyni zamanda, Böyük Britaniyanın baş naziri Kir Starmer bəyan edib ki, əgər ABŞ Avropanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini dəstəkləyərsə, o zaman sülhməramlı qüvvələrin göndərilməsi məsələsinə açıqdır.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 May 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see249

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see215

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see206

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see204

Avropa İttifaqı bizim üçün təhlükə yaradır Viktor Orban

17 Noyabr 2025 16:52see158

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see150

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see141

Azərbaycan kimi ölkələrdə iqtisadi artım tempi 4 5% olmalıdır Natiq Cəfərli

17 Noyabr 2025 19:42see139

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see135

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see133

Məşhur Avropa kanalı Azərbaycanda ofis açdı GÖRÜNTÜ

17 Noyabr 2025 20:35see132

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see131

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see131

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see130

Şəki Siti , Xankəndi və Qaradağ Lökbatan qələbə qazandı II Liqa

17 Noyabr 2025 17:03see129

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see128

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see128

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see125

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see122

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan rayonlarına səfər ediblər

17 Noyabr 2025 18:11see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri