Icma.az
close
up
RU
Rus evi mədəniyyət mərkəzi deyil, başqa ölkələrə məxsus mədəniyyət evlərinin isə... Deputat

Rus evi mədəniyyət mərkəzi deyil, başqa ölkələrə məxsus mədəniyyət evlərinin isə... Deputat

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Azərbaycan Xarici İşlər Nazirliyi Bakıdakı "Rus evi"nin fəaliyyətinə xitam verilməsi ilə bağlı Rusiyaya nota verib. Nazirlik bildirib ki, buna səbəb "Rus evi"nin hüquqi şəxs qismində qeydiyyatının olmaması və Azərbaycan qanunvericiliyinin ciddi şəkildə pozulmasıdır.


Maraqlıdır, Azərbaycanın “Rus evi”ni bağlaması digər ölkələrin də mədəniyyət mərkəzlərinə nəzarətin artmasına, fəaliyyətlərinin araşdırılmasına səbəb ola bilərmi?


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Bakıdakı “Rus evi” «Rossotrudniçestvo»nun törəmə təsisatıdır:


““Rossotrudniçestvo” - Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyi 2008-ci ildə Rusiya prezidentinin fərmanı ilə, 1925-ci ildə Xarici Ölkələrlə Mədəni Əlaqələr üzrə Ümumittifaq Cəmiyyəti adı altında yaradılan, 1958-ci ildə isə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr üzrə Sovet Cəmiyyətləri İttifaqına çevrilən, əsas missiyası təsir agenti formalaşdırmadan ibarət olan bir təşkilatın bazasında yaradılıb. “Rus evi”, Federal Agentliyin ayrı-ayrı ölkələrdəki nümayəndəliklərinin şərti, qeyri-rəsmi adıdır. Hüquqi baxımdan Bakıda və digər ölkələrin paytaxtlarında yerləşən "rus evləri” Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyin nümayəndəlikləri sayılırlar. 
“Rus evi”nin gerçək fəaliyyəti ilə bağlı real mənzərənin nədən ibarət olduğunu müəyyənləşdirmək üçün, bu yaxınlarda rus dilində təhsil verən orta ümumtəhsil müəssisələrində Azərbaycan tarixinin Azərbaycan dilində tədris olunmasına “etiraz”ın təşkil olunması ilə bağlı məqama nəzər salmaq yetərlidir. Belə məqamların sayı, görünən və görünməyən tərəfləri ilə kifayət qədər çoxdur”.


Millət vəkilinin sözlərinə görə, Rusiya federal agentliyinin Bakıdakı təmsilçiliyinin bağlanması ilə bağlı qərar isə indiki halda Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun şəkildə verilib:


“Azərbaycanda xarici ölkələrin kommersiya və qeyri-kommersiya müəssisələrinin qeydiyyata alınması ilə bağlı ümumi hüquqi-normativ aktlar var. “Rus evi” isə hüquqi-təşkilati statusuna görə, bunların heç birinə aid deyil. Rusiyanın dövlət qurumunun təmsilçiliyidir. Belə qurumların ölkəmizdəki mövcudluğu isə dövlətlərarası müqavilələr vasitəsilə tənzimlənməlidir. Azərbaycanla Rusiya arasında isə Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin təmsilçiliyi ilə bağlı hər hansı bir müqavilə imzalanmayıb və bu o deməkdir ki, sözügedən federal agentliyin Bakıdakı təmsilçiliyinin fəaliyyəti qeyri-legitimdir. Bu baxımdan, Azərbaycanın “Rus evi” ilə bağlı mövqeyi ölkə qanunvericiliyinin tələblərinə əsaslanır.
Digər tərəfdən, “Rus evi”nin “Rus mədəniyyət mərkəzi” kimi təqdim olunması kökündən yanlış təqdimatdır və ola bilsin ki məqsədyönlü xarakter daşıyır. Azərbaycanda “Rus Mədəniyyət Mərkəzi” Azərbaycan Rus İcması təsisatının tərkibində 1993-cü ildə yaradılıb və hazırda fəaliyyətini ölkəmizin qanunvericiliyinə uyğun olaraq davam etdirir. 2018-ci ildə sözügedən mərkəzin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib”.


E.Mirzəbəyli qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki mədəniyyət mərkəzləri diplomatik nümayəndəliklərin tərkibində fəaliyyət göstərirlər və bu tamamilə qanuni bir fəaliyyətdir:


“Eyni qayda xarici ölkələrin Azərbaycandakı mədəniyyət mərkəzlərinə də şamil olunur və bu baxımdan, ölkəmizdə hüquqi əsaslarla fəaliyyət göstərən hər hansı bir mədəniyyət mərkəzinin fəaliyyətinin dayandırılması gözlənilmir. Bir daha xatırladıram, fəaliyyətinin dayandırılması tələb olunan və qeyri-rəsmi olaraq “Rus evi” adlanan təsisat Rusiyanın dövlət qurumunun - Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin təmsilçiliyidir və Azərbaycanda heç bir hüquqi statusa malik deyil”.

Firuzə Əliyeva
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://sfera.az
archiveBu xəbər 07 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri