Icma.az
close
up
RU
Rus qazının nəqli tamamilə dayandırıldı

Rus qazının nəqli tamamilə dayandırıldı

Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi “Qazprom”u bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum etdi və buna görə də yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) qazın nəqli dayandırıldı.

Axar.az xəbər verir ki, bu barədə “Qazprom”dan məlumat verilib.

“Kiyevin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü ilə bağlı texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 08:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir”, - qurumdan bildirilib.

Qeyd edək ki, "Qazprom" və "Naftoqaz" arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili ilə bağlı beşillik saziş yanvarın 1-də başa çatıb.

seeBaxış sayı:65
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri