Icma.az
close
up
RU
Rusiya 4 istiqamətdə hücum edir Hücumlar iki dəfə artıb

Rusiya 4 istiqamətdə hücum edir Hücumlar iki dəfə artıb

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya bir tərəfdən ABŞ ilə danışıqlarda vaxt uzatmaqla məşğul ikən, digər yandan da cəbhədə hücumlarını çoxaldır. Bundan əvvəl Ukrayna ordusunun Baş komandanı Aleksandr Sırski Rusiya hücumlarının intensivliyinin iki dəfə artdığını bəyan edib.

“AzPolitika” xəbər verir ki, Ukrayna Baş Qərargahının məlumatına görə, ötən gün cəbhədə 125 toqquşma olub. Ruslar ən çox 4 istiqamətdə - Liman, Toretsk, Pokrovsk və Novopavlovs istiqamətlərində hücum ediblər. Ancaq Ukrayna Silahlı Qüvvələri Rusiyanın hücumlarını dəf edir.

Qeyd olunur ki, dünən işğalçılar Ukrayna ərazisinə iki raket və 94 hava zərbəsi endirib və 154 idarə olunan aviabomba atıblar.

Xarkov istiqamətində düşmən iki dəfə Ukrayna hərbçilərinin Volçansk və Zapadnoye rayonlarındakı mövqelərinə hücum edib.

Kupyansk istiqamətində gün ərzində Ukrayna hərbçiləri Novaya Kruqlyakovka, Boquslavka, Zaqrizove yaxınlığında və Petrovpavlovka istiqamətində işğalçıların 5 hücumunu dəf edib.

Liman istiqamətində rus qoşunları Nadejda, Novosergeevka, Grekovka, Novomikhaylovka, Novoye yaşayış məntəqələri yaxınlığında, həmçinin Olqovka və Zelyonaya Dolina istiqamətində 16 hücum həyata keçirib.

Seversk istiqamətində düşmən Qriqoryevka, İvano-Daryevka, Vyemka və Verxnekamyanski ərazilərində 9 dəfə müdafiəni yarmağa cəhd edib.

Kramatorsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin bölmələri Çasov Yar, Kurdyumovka və Stupochki yaxınlığında 5 döyüş toqquşması qeydə alıb.

Toretsk istiqamətində işğalçılar Toretsk və Leonidovka yaxınlığında 13 hücum həyata keçiriblər.

Pokrovsk istiqamətində ukraynalı müdafiəçilər Aleksandropol, Yelizavetovka, Lısovka, Zvirovoye, Uspenovka, Novoalexandrovka, Preobrajenka, Troitskoye, Andreyevka, Boqdanovka, Nikolayevin Staraya istiqamətində və Sergeyevka ərazilərində düşmənin 29 hücumunu dayandırıblar.

Novopavlovsk istiqamətində rus qoşunları Konstantinopol, Razliv, Privolnoye yaxınlığında və Baqatır istiqamətində 15 dəfə müdafiə mövqelərinə hücum ediblər.

Gün ərzində yalnız Qulyay-Polye istiqamətində hərbi toqquşma qeydə alınmayıb.

Kursk istiqamətində müəyyən ərazilər hələ də Ukraynanın nəzarətindədir. Burada bir gündə 14 hərbi toqquşma baş verib. Rusiya ordusu 23 hava hücumu həyata keçirib, 37 idarə olunan hava bombası atıb və 17-si çoxsaylı raket sistemlərindən olmaqla 413 artilleriya hücumu həyata keçirib. Lakin Ukrayna qoşunlarını bu ərazidən çıxarmaq mümkün olmur.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri