Bu istiqamətdə İsrailə hücumlar artıb: Ciddi fəsadlar yarana bilər
GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail tərəfi ölkəyə hakerlər tərəfindən həyata keçirilən kiberhücumlarda kəskin artım müşahidə edildiyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, son bir ildə 3380 kibercinayət qeydə alınıb ki, bunlar arasında ciddi nəticələrə səbəb ola biləcək hücumlar var.
İsrail kiberhücumlara görə dünyada ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdədir. Xəstəxanalar kibercinayətkarlar üçün prioritet hədəf olaraq qalır. Yəhudi dövləti bütün qlobal kiberhücumların 3,5%-ni təşkil edir. Yaxın Şərq və Afrikada İsrail bu göstəriciyə görə birinci yerdədir. Belə ki, bu regionlarda haker hücumlarının 20%-dən çoxu İsrailin payına düşür.
İsrailin əsas kiber düşməni isə İrandır: Onun kiberfəaliyyətinin təxminən 64%-i kəşfiyyat məlumatlarının toplanması, xidmətlərin pozulması və təbliğatın yayılması da daxil olmaqla birbaşa İsrail hədəflərinə yönəlib.
Son üç ildə İsraildə 136 təsdiqlənmiş hücum qeydə alınıb ki, bunlardan 34-ü (25%) kritik infrastruktura, 8-i (5%) isə səhiyyə sisteminə aiddir.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 22 Noyabr 2025 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















